• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

FİF-ə təklif: De Byazinin getməsi üçün 1 manatlıq kampaniya başladaq - REPLİKA

Manşet / Yazarlar

13-04-2023, 14:0

Günə yaxşı başlamışdıq.

Səhər saat 10.00-da AFFA İcraiyyə Komitəsinin iclası start götürdü. Təxminən 1 saat sonra əməkdaşımız redaksiyaya məlumat göndərdi ki, Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi tələm-tələsik AFFA-nın binasını tərcüməçisi ilə birgə tərk edib. Heç media mənsublarının suallarını da cavablandırmayıb. Düşündük ki, bu, sondu. Artıq De Byazi ilə yollar ayırlıb. Amma sən saydığını say, gör İcraiyyə Komitəsinin üzvləri nə sayır.

Bir qədər öncə Zaur Axundov jurnalistlərə açıqlamasında deyib ki, italiyalının vəzifəsində qalmasına qərar verilib. Sən demə, məğlubiyyətdə tək günahkar baş məşqçi deyilmiş. Futbolçular da nəticələrə görə məsuliyyət daşıyır. Ok, anladıq. Qısaca, De Byazi vəzifəsində qaldı. Əvvəlcə fikirləşək ki, AÇ-2024-ün F qrupundakı ilk 2 oyundakı nətiəcələrə görə futbolçular məsuliyyət daşıyır, yoxsa baş məşqçi? De Byazinin taktiki düzülüşlərinə və ilk “11-liy”inə nəzər yetirək. Avstriya və İsveçin heyətində istənilən vaxt hesaba təsir edə biləcək oyunçular var idi. Bunu bilən italiyalı mütəxəssis 4-lü müdafiə sistemi ilə meydana çıxdı. Amma oyundan əvvəl bütün mütəxəssislər və futbol ictimaiyyəti düşünürdü ki, 5-li müdafiə sisteminə üstünlük verilməsi daha düzgün olar. Lakin De Byazi öz fikrində qaldı və nəticələri də gördüz.

Bundan əlavə, Avstriya ilə görüşdə Bəxtiyat Həsənalızadəni meydana kim çıxartmışdı? “Sabah”ın müdafiəçisi 1 ay idi ki, öz komandasında əsas heyətdə çıxış etməmişdi. Çünki futbolçu qolundan zədəli idi. Düşərgədə özünə gələn müdafiəçini Avstriya kimi komandaya qarşı oynatmaq nə qədər doğru idi? Bu qərarı da futbolçular vermişdi?

İndi bu məqamları nəzərə alanda günahkar kim olur? Əlbəttə ki, De Byazi. Çünki komandanın necə oynamalı olduğunu və meydanda kimlərin olmasını italiyalı müəyyənləşdirir.

De Byaziyə qibtə etmək lazımdı. Adam biabırçı məğlubiyyətlərdən sonra ölkəyə gəlmədi. Özünə vaxt qazandı. Sonra düşündü, daşındı, İcraiyyə Komitəsinin iclasında nələrsə dedi və üzvləri inandırdı. Bunun üçün böyük cəsarət və bir qədər də bilik lazımdı. Ölkəni Avropada biabır edəndən sonra rəhbərliyin qarşısına çıxmaq, özünü haqlı çıxartmaq böyük işdi. Alqışlayıram De Byazini. Belissimo, mister De Byazi!

İtaliyalının vəzifəsində qalmasının başqa adı yoxdu. İtaliyalı “qoca” İcraiyyə Komitəsinin hipnoz edib və özünə inandırıb. Ya da ki, AFFA-nın pulu qurtarıb. Mütəxəssisin təzminatını ödəyə bilmirlər. Vallah, pul yoxdusa, həll edə bilərik. Futbolun İnkişaf Fondu De Byazinin getməsi üçün kampaniya başlatsın. Sadə Azərbaycan xalqına üç seçim təqdim etsinlər:

1. De Byazinin getməsini istəyənlər 1 manat ödəsin

2. Yeni əcnəbi baş məşqçinin gətirilməsini istəyənlər 3 manat ödəsin

3. Millinin baş məşqçisinin yerli mütəxəssis olmasını istəyənlər 5 manat ödəsin


Sizi əmin edirəm ki, 500 mindən çox adam bu layihədə iştirak edər. Çünki ölkədə hamı De Byazinin getməsini istəyir. İcraiyyə Komitəsindən başqa. Heç olmasa, FİF belə layihə həyata keçirsin və öz pulumuzla yerli mütəxəssisin millinin baş məşqçisi olmasını təmin edək. Həm AFFA-nın De Byaziyə təzminat verməsinə kömək olaq, həm də öz məşqçilərimizin maaşını verək. Bunu etməsək, milli komanda səviyyəsində biabır olmağa davam edəcəyik. Hər dəfə də De Byazi müxtəlif yalanlar tapıb, İcraiyyə Komitəsinin üzvlərini buna inandıracaq. Sadə xalqın, futbolu sevən, milli qüruru düşünənlərin əziyyəti isə davam edəcək.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

13-04-2023, 12:0

De Byazı ilə bağlı qərar verildi

Aktual

13-04-2023, 11:0

İclas bitməyib, De Byazi getdi...

Ölkə futbolu / Manşet

11-04-2023, 16:0

Qurban Qurbanovun doğum günündə De Byazi üçün iclas - nə qəribə təsadüf!

Ölkə futbolu / Manşet

10-04-2023, 16:0

Bu həftə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Ölkə futbolu / Manşet

6-10-2022, 18:0

Şahin Diniyev İcraiyyə Komitəsinin qərarını düzgün sayır

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
  • 28-07-2026, 23:0
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 264
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 204
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə