“Mançester Yunayted” evdə “Brentford”a minimal hesabla qalib gəlib.
"Football-plus.az" xəbər verir ki, yeganə qolu Markus Reşford vurub. İngilis hücumçu DÇ-2022-dən sonra premyer-liqada 11-ci dəfə qapıya yol tapıb.
25 yaşlı Markus bu göstəriciyə əsasən Avropanın aparıcı liqalarında yalnız Viktor Osimhemdən geri qalır. “Napoli”nin nigeriyalı hücumçusu dünya çempionatından sonra A seriyasında 12 qol vurub.