“Səbail”in yeni baş məşqçisi açıqlandı

19.06.2026 10:31 28
Ölkə futbolu
“Səbail”in yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi vəzifəsinə Elnur Abdullayev təyin edilib. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu vəzifədə Adil Şükürovu əvəzləyib.

Elnur Abdullayevin son iş yeri 2-ci liqada çempion olduğu “Şahdağ Qusar” olub.