FİFA bir gün ərzində qeydə alınan tamaşaçı sayına görə dünya çempionatları tarixinin rekordunun yeniləndiyini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, ali futbol qurumunun rəsmi saytı xəbər verir ki, iyunun 16-da keçirilən dörd qrup matçını stadionlardan ümumilikdə 281223 azarkeş izləyib. Həmin gün Fransa – Seneqal, İraq – Norveç, Argentina – Əlcəzair, Avstriya – İordaniya oyunları keçirilib. Əvvəlki rekord 1994-cü il iyunun 28-də qeydə alınmışdı. Həmin gün keçirilən dörd DÇ matçını ümumilikdə 277070 tamaşaçı izləmişdi.
FİFA-nın məlumatına görə, turnirin ilk altı günündə stadionlara 1309652 azarkeş gəlib. Hər qarşılaşmanı orta hesabla 65483 tamaşaçı izləyib. Qurum DÇ-nin qrup mərhələsi başa çatana qədər 1994-cü ildə müəyyənləşdirilmiş 3,5 milyonluq ümumi tamaşaçı rekordunun da yenilənə biləcəyini vurğulayıb.