Yalnız Volkdan geri qalır

21.05.2022 12:10 471
Dünya futbolu
İtaliya çempionatının sonuncu – 38-ci turuna start verilib.

Cümə günü “Roma” səfərdə “Torino”nu məğlub edib. Joze Mourinyonun komandası xallarının sayını 63-ə çatdıraraq 5-ci yerə çıxıb. Paytaxtın digər təmsilçisi “Latsio”nun da bu qədər xalı var. Romalıların ən yaxın izləyiciləri “Fiorentina” və “Atalanta” isə son tur ərəfəsində hərəyə 59 xalla 7-8-ci yerləri bölüşürlər. Bu o deməkdi ki, “Roma” Avropa Liqasına vəsiqəni təmin edib.

Komandanın “Torino” üzərində 3:0 hesablı qələbəsində dubl etməklə rol oynayan Temmi Abrahamla bağlı fakt diqqəti cəlb edir. İngilis hücumçu “Roma”dakı debüt mövsümündə A seriyasında 17 qol vurub. O, bu planda yalnız “canavarlar”ın sabiq oyunçusu Rodolfo Volkdan (21) geri qalır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul