“Napoli” ona görə 100 milyon avronu geri çevirdi

25.03.2023 22:22 266
Dünya futbolu
“Nyukasl” rəhbərliyi Viktor Osimhenə görə “Napoli”yə müraciətinə mənfi cavab alıb.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu nigeriyalı hücumçusu üçün 100 milyon avroluq təklifi geri çevirib. “Il Corriere dello Sport” qəzetinin xəbərində Napoli”nin əsas bombardirini yayda satmaq istəmədiyi də bildirilib. Rəhbərliyin tezliklə Viktora yeni müqavilə təklif edəcəyi də məlum olub.

Yeri gəlmişkən, o, bu mövsüm A seriyasında meydana çıxdığı 23 oyunda 21 qol vurub.