“Şəfa” futbolçusu Nahid Əliyev ilə müqaviləni uzadıb.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
U-21 millimizin üzvü olan Nahid 2025-ci ilin yayından “Şəfa”nın heyətində çıxış edir. O, karyerası ərzində “Mingəçevir” və “Turan Tovuz”un da formasını geyib.
"Şəfa" bunadək Tərlan Quliyev, Elnur Cəfərov və Ramin Nəsirli ilə də müqavilə uzadıb.