• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ

Müsahibə / Aktual

19-06-2026, 12:0

Mayın 23-də yığmanın da baş məşqçisi olan Ayxan Abbasovla yolları ayıran “Şamaxı” qısa müddətdə yeni mütəxəssislə - Azər Bağırovla ortaq məxrəcə gəldi.

Beləliklə, “Kəpəz”lə vidalaşan baş məşqçi iyunun 2-də “şirlər”in “sükanı arxasına” keçdi. İş ondadı ki, mütəxəssisin burdakı işi də asan olmayacaq. Çünki o, indiyə qədər 18 futbolçuyla yollarını ayıran bölgə təmsilçisi üçün yeni komanda formalaşdırmalı və kollektivi hədəfə çatdırmalıdı. Daha dəqiqi, gəncəlilər kimi, şamaxılıları da premyer-liqada saxlamağa müvəffəq olmalıdı. Qeyd olunanlar və başqa məqamlar haqda müzakirə aparmaq üçün dünən Azər bəylə söhbət etdik.

– 2024/25 mövsümündə olduğu kimi, başa çatan “futbol ili”nin də sonunda “Kəpəz”dən ayrıldız. Bizdə olan məlumata görə, Gəncə təmsilçisi sizinlə yola davam etmək niyyətində olsa da, qarşılıqlı razılıq əldə edə bilməyib. Buna nə səbəb oldu?
– Bəli, “Kəpəz”dən təklif var idi. Ancaq belə qərara gəldim ki, karyeramda yeni səhifə açım. Çünki ordakı qeyri-müəyyənliklər mənə mane olurdu.

– Heç şübhəsiz, “Şamaxı”nın mövsümlük hədəfi premyer-liqada qalmaq olacaq. Klubun maliyyə durumu, işə yanaşma tərzi sizi nə dərəcədə qane edir? Burda işinizin “Kəpəz”lə müqayisədə asan, yoxsa çətin olacağını düşünürsüz?
– Bu gün “Şamaxı”dayam. Buranı əvvəlki iş yerimlə müqayisə etmək istəmirəm. Onu deyim ki, hər işdə bir xeyir var. Qarşımıza qoyulan məqsədin öhdəsindən gələ bilib-bilməyəcəyimizi zaman göstərəcək. İlkin mərhələdə yaxşı komanda formalaşdırmalı, Şamaxının böyük futbol ənənələrinin yaşamağa davam etməsinə cəhd göstərməliyik.

– “Şamaxı”dan xeyli oyunçu ayrılıb. Komandada belə köklü dəyişiklik nə ilə bağlıdı? Yeni qurulacaq heyətdə yerli futbolçulara, yoxsa legionerlərə daha çox üstünlük verəcəksiz?
– Bəli, ayrılan futbolçuların sayı çoxdu. Bunun səbəbi komandanın başa çatan mövsümdə yaxşı performans sərgiləməsi, qənaətbəxş nəticələr qazanmasıdı. Əlbəttə, heç kim istəməzdi ki, komandadan bu qədər çox futbolçu ayrılsın. Sadəcə, mövcud durum bunu tələb edir. Yaxşı mövsüm keçirən oyunçular məvaciblərinin artırılmasını istəyirlər. Bu da təbii haldı. Həmçinin daha sərfəli təkliflər alan futbolçular da var. Belə vəziyyət büdcəsi məhdud olan komandalara zərbə vurur. Çünki söhbət 30-40 faizlik artımdan gedir. Nəticədə belə addımlar atılır. Ən qısa zamanda lazım olan transferləri edəcəyik. Bu yöndə iş gedir. Düşünürəm ki, hər şey daha yaxşı olacaq. Bunun üçün zaman var. Klubun maliyyə dayaqları mövcuddu. Yerli futbolçularla legionerlərin tandemini yaratmağa çalışacağıq. İnanıram ki, heyətə “Şamaxı”ya, klubun döyüşkən futbol tərzinə xal olan oyunçular cəlb edə biləcəyik.

– “Kəpəz”də və ya “Araz-Naxçıvan”da sizlə birgə çalışan futbolçuları “Şamaxı”ya dəvət etmək fikriniz var? Yoxsa yeni ulduzlar kəşf etməyə çalışacaqsız?
– Bəli, əvvəllər işlədiyim futbolçuları “Şamaxı”ya dəvət edə bilərəm. Bu, hazırda istisna deyil.

– Sizə başqa təkliflər də var idi, yoxsa yalnız “Şamaxı”nın maraq dairəsindəydiz? Başqa ölkədə çalışmaq ehtimalı da var idimi?
– Bəli, başqa təklif də var idi. Lakin “Şamaxı”nın təklifi daha maraqlı oldu. Bu üzdən bura gəldim. Əlbəttə, ölkədən kənarda da çalışmaq istəyirəm, lakin hər şeyin öz vaxtı var.

– Son illərdə karyerasında yüksəliş əldə edən mütəxəssislərdən birisiz. Sizin rəhbərliyiniz altında “Araz-Naxçıvan” premyer-liqada yüksəldi. “Kəpəz” ardıcıl iki mövsüm elita klubları arasındakı yerini qoruya bildi. Hətta bir ara millini çalışdırmağınızı arzulayan futbolsevərlərin sayı kəskin artmışdı. Bu uğurlar nə ilə bağlıdı?
– Hər uğurun arxasında çalışqanlıq dayanır. Dayanmadan işləmək lazımdı. Peşəni dərindən bilməlisən. Düşünürəm ki, uzun illər Region Liqasında, 1-ci liqada baş məşqçi, premyer-liqada köməkçi məşqçi kimi çalışmaq mənə daha çox yardım etdi. 16 illik məşqçi təcrübəm var. Əlbəttə, ən əsası Allahın yardımıdı. Bacarıqları bizə Allah bəxş edib.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

30-05-2026, 16:0

Azər Bağırov "Kəpəz"dən ayrıldı - RƏSMİ

Ölkə futbolu

25-05-2025, 20:0

"Kəpəz" Azər Bağırovla yolları ayırdı - rəsmi

Aktual / Ölkə futbolu

29-08-2024, 14:0

“Kəpəz”i Azər Bağırov çalışdıracaq? – ÖZÜ AÇIQLADI

Ölkə futbolu

2-06-2026, 12:0

Azər Bağırov "Şamaxı"da - RƏSMİ

Ölkə futbolu / Manşet

12-03-2025, 18:0

Azər Bağırov “Kəpəz”dən ayrılır – yeni sponsorun addımları mütəxəssisi buna vadar edir

Aktual / Ölkə futbolu

27-05-2025, 20:0

“Xəmsə” Azər Bağırovla bağlı qərara etiraz etmədi

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 108
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 86
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə