Kartal “Fənərbaxça”ya qayıtdı

19.06.2026 12:23 11
Dünya futbolu
Nəhayət, “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İstanbul klubuna sabiq çalışdırıcısı İsmayıl Kartal təyinat alıb.

Klubdan KAP-a (İctimaiyyəti Məlumatlandırma Platforması) göndərilən məlumatda 64 yaşlı mütəxəssislə birillik müqavilə imzalandığı bildirilib.
Xatırladaq ki, Kartal “Fənərbaxça”dan 2024-cü ilin iyununda ayrılmışdı. O, yeni təyinatla “sarı-lacivərdlilər”in başında 4-cü dövrünə başlayacaq. Maraq üçün komandanın Kartalın rəhbərliyi altında 2023/24 mövsümündə 99 xal toplamaqla öz rekordunu yenilədiyini də qeyd edək.

Təcrübəli çalışdırıcının sonuncu iş yerinin 2025-ci ilin yanvar-iyun aylarında çalışdırdığı İranın “Persepolis” komandası olduğunu da xatırladaq.