• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…

Ölkə futbolu / Aktual

Bu gün, 12:12

Premyer-liqada mövsümü 3-cü pillədə başa vuran "Turan Tovuz" 32 illik avrokubok həsrətinə son qoymaqla azarkeşlərini sevindirmişdi. Klubun düşərgəsində Konfrans Liqasına hazırlıq başlamışdı. Hətta UEFA-nın iyunun 2-də verdiyi qərar da Kurban Berdıyevi və komandasını ruhdan salmamışdı: tovuzlular Türkiyədə hazırlaşırdı. Və iyunun 15-də İdman Arbitraj Məhkəməsinin verdiyi o son, məyusedici qərar. Bir daha hadisələrin xronologiyasına nəzər salaq.

30 may. Şənbə günü axşam saatlarında saytlarda və sosial şəbəkələrdə yayılan bir xəbər çoxlarını, ilk növbədə də “Turan Tovuz” düşərgəsini şoka saldı. Belə məlum oldu ki, “Turan Tovuz” bəzi futbolçularının oyun alğı-satqısında iştirakı üzündən Konfrans Liqasında çıxış edə bilməyəcək. Elə həmin gün klubun mətbuat katibi Süleyman Tağıyev xəbəri yalanladı:

“2025/26 mövsümünü uğurla başa vurduq. Gərgin idman mübarizəsi şəraitində keçən mövsümdə bütün idman prinsipləri qorundu, haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA-dan və ya digər bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almamışıq”.


31may. “Ultras Turan”ın rəhbəri Kamal Saqqayev “Futbol+”ə açıqlamasında belə dedi:
“Əlbəttə, bu qərar bizi məyus etdi. Tovuzlu azarkeşlər olaraq, hamımız çox pisik. Amma ümidliyik. Yəqin ki, ədalətli qərar olar. Layiq olduğumuz haqqı istəyirik. İnşallah, “Turan Tovuz” ölkəmizi Konfrans Liqasında təmsil edər. Ümid sonda ölür”.


1 iyun. PFL-in sabiq prezidenti Ramin Musayev “Futbol+”ə açıqlamasında “Turan Tovuz”un mümkün cəzası haqda danışdı:
“O vaxt “Turan Tovuz”un heç bir günahı yox idi. AFFA yoxlama apardı, gördü ki, “Turan Tovuz” günahsızdı. 7 futbolçu iştirak etmişdi, bunun klubla əlaqəsi yox idi. Sonra bilmirəm heç onların axırı nə oldu. Buna görə 2019-cu ildə klubun 1-ci liqaya gəlməsinə qadağa qoyuldu. Cəza verilib də, bundan sonra daha nə istəyirlər? Hər cinayətə görə cəza bir dəfə verilir. Haqq-ədalət yerini tapmalıdı, “Turan Tovuz” ölkəmizi avrokuboklarda təmsil etməlidi”.


1 iyun. Elə həmin gün "Turan Tovuz"un İdarə Heyəti sədrinin müavini Nəsimi Paşayev də “Futbol+”ə açıqlama verdi:
"Vallah-billah, nə CAS-a müraciət etmişik, nə də hansısa vəkil tutmuşuq. Nəyə and içək ki, belə hadisənin baş vermədiyinə inansınlar?! Yazılanların hamısı dezinformasiyadı. Hazırda Konfrans Liqasına hazırlaşırıq. Proses sürətlə davam edir. Zülm, əziyyət çəkirik. Stadionda işlər görülür, heyətin gücləndirilməsiylə bağlı planlarımızı həyata keçirməklə məşğuluq. Bir neçə gündən sonra futbolçular da toplaşacaq. Xatırlayırsızsa, bu yaxınlarda UEFA nümayəndələri Tovuz şəhər stadionuna baxış keçirdilər. Görülən işləri araşdıran rəsmilər yenidənqurma prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar. Başqa söhbətlərə nə ehtiyac var?! Əlbəttə, bizə UEFA-dan rəsmi məktub gəlsə, CAS-a da müraciət edəcəyik, vəkil də tutacağıq. Lakin yenə deyirəm, bu gün yayılan iddialarla bağlı kluba hansısa rəsmi məlumat verilməyib".


2 iyun. 2019/20 mövsümündə “Turan Tovuz”a rəhbərlik edən Oqtay Abdullayev “Futbol+”ə açıqlama verdi:
“İndi məni günahlandırırlar. Mən olmuşamsa, niyə o vaxt mənə heç nə gəlməyib? 1-ci liqada qalib olsaydıq, nə olacaqdı? Cavan oğlan gəlib (Ehtiram Quliyevi deyir - red), cibindən pullar xərcləyir. Belə adamı niyə futboldan qaçırırlar? Quliyev klubu götürəndə deməliydilər ki, belə məsələ var. Ötən mövsüm də son ana qədər avrokuboka getmək şansımız var idi. Niyə deməmişdilər? Bundan sonra hansısa imkanlı adam gəlib futbola baxar?”


3 iyun. “Turan Tovuz” səhər saat 9.49-da sosial şəbəkə hesabında belə bir paylaşım etdi:
“2025/26 mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/27 mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırıb. Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 2019/20 mövsümündə 1-ci divizionda çıxış edən komandamızın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq".


3 iyun. Elə həmin gün AFFA da məsələ ilə bağlı məlumat yaydı:
“UEFA tərəfindən AFFA-nın İntizam Komitəsinin “Turan Tovuz”un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 13 dekabr 2019-cu il tarixli qərarına istinad edilərək klubun UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilmişdi. UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, klub sözügedən turnirdə iştirak hüququndan məhrum edilmişdir”.


3 iyun. AFFA “Turan Tovuz”la bağlı daha bir xəbər yaydı:
“Turan Tovuz” klubunun UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var. CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanmış “Turan Tovuz” klubunun avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq. Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək”.


3 iyun. UEFA-nın saytı “Turan Tovuz”un cəzalandırıldığını təsdiqlədi:
"2 iyun 2026-cı il tarixində UEFA Apelyasiya Orqanının sədri aşağıdakı qərarı qəbul edib: 2026/27 Konfrans Liqasının Əsasnaməsinin 4.01(g) maddəsi ilə tələb olunan qəbul meyarını yerinə yetirmədiyinə, yəni milli və ya beynəlxalq səviyyədə matçın təşkili və ya nəticəsinə təsir göstərməyə yönəlmiş fəaliyyətdə birbaşa və/və ya dolayı yolla iştirak etdiyinə görə "Turan Tovuz" 2026/27 Konfrans Liqasında iştirak etmək hüququndan məhrum edilib".


8 iyun. "Turan Tovuz"un təsisçisi və ilk prezidenti Vidadi Əhmədov "Futbol+”ə açıqlama verdi:
"Çox məyusedici haldı. “Turan Tovuz” böyük əziyyətlə avrokuboklara vəsiqə qazanıb. İndi komandanın haqqını yemək istəyirlər. Kim? Bunu mən bilmirəm. Axı heç kim bu barədə klub rəsmilərinə, daha doğrusu, idarəçilərə məlumat verməyib. İdarə Heyətinin sədri Ehtiram Quliyev böyük məbləğdə xərc çəkib. Əcnəbi, təcrübəli baş məşqçi, legioner futbolçular gətirib və komanda alnının təriylə avrokuboklara vəsiqə qazanıb. Hələ infrastrukturla bağlı görülən işləri demirəm. Kəsəsi, vəziyyət çox pisdi. Ehtiram bəylə müntəzəm danışıram. Bildirib ki, ispaniyalı vəkil tapıb (böyük ehtimalla, məlum “Osasuna” işində məharətini göstərən Jozep Vandeyosu nəzərdə tutur – red.), problemin həlli yolunda çalışır. İnşallah, bütün maneələr aradan qalxar və “Turan Tovuz”u Konfrans Liqasında görərik”.


12 iyun. Premyer-liqada çıxış edən 11 klubun İAM-a “Turan Tovuz”a dəstək xarakterli məktub göndərməsi ilə bağlı xəbər yayıldı.

14 iyun. “Turan Tovuz” toplanışla bağlı məlumat yaydı:
“Komandamız yay təlim-məşq toplanışının ilk mərhələsinə start verib. Ankaranın Qızılcahamam bölgəsində məskunlaşan komandamızın Türkiyə toplanışı iyulun 14-nə qədər davam edəcək. Hazırlıq prosesinin növbəti mərhələləri və yoxlama oyunları haqqında əlavə məlumat veriləcək”.


15 iyun. Saat 23.19-da “Turan Tovuz” sosial şəbəkə hesabında paylaşım etdi:
“İdman Arbitraj Məhkəməsi (CAS) klubumuzun müraciəti ilə bağlı qərarını açıqlayıb. Qurum UEFA Appelyasiya Orqanının klubumuz haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb. 15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazandığımız Konfrans Liqasının 2026/27 mövsümündə iştirak etməyəcəyik”.


16 iyun. “Turan Tovuz” Qızılcaham toplanışını yarımçıq qoyub, vətənə qayıtdı...

MURAD ABDULLAZADƏ

Paylaş:
Digər xəbərlər

Avrokuboklar / Aktual

31-05-2026, 11:0

"Turan Tovuz" Konfrans Liqasından uzaqlaşdırılıb? - rəsmi açıqlama gəldi!

Aktual / Ölkə futbolu

3-06-2026, 10:0

UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı

Aktual / Ölkə futbolu

14-06-2026, 19:0

“Turan Tovuz”: ümidlə ümidsizlik arasında son gün!

Aktual / Ölkə futbolu

Dünən, 11:51

"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi

Ölkə futbolu

3-06-2026, 20:0

AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama

Ölkə futbolu / Aktual

10-06-2026, 11:0

AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə

Aktual
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Son xəbərlər
  • Bu gün, 15:35
    Milli komandada yeni müqavilə
  • Bu gün, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə