Bolqarıstanın ÇSKA klubu yay hazırlıq planında dəyişiklik edib.
"Football-plus.az" xəbər verir ki, iyunun 27-də “Qarabağ”a qarşı Avstriyada keçirilməsi nəzərdə tutulan yoxlama oyunu ləğv olunub. Buna səbəb komandaların Avropa Liqasında bir-birinə rəqib olmaq ehtimalıdı. Çünki hər iki komanda 1-ci mərhələni adlasa, bir-biri ilə üz-üzə gələcək.
Xatırladaq ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda Tirol əyalətində iyulun 2-dək hazırlıq keçəcək.