• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi rekordu yeniləyəcəkmi?

Dünya futbolu / DÇ 2026

19-06-2026, 12:0

DÇ-2026 tam sürətlə davam edir.

"Football-plus.az" xəbər verir ki, ilk tur bizə bir sıra sürprizlər bəxş etdi. İspaniyanın qələbəyə həsrət qalması turun əsas sürprizi oldusa, gözümüzü dikdiyimiz Türkiyə də bizi məyus etdi. Amma hələ də səhvləri düzəltmək üçün vaxt var və hər bir komandanın taleyi öz əlindədi.

qrup mərhələsi, 2-ci tur
19 iyun
D qrupu
ABŞ – Avstraliya

Hakim: Feliks Svayer (Almaniya)
Cəzalı: yoxdu
Stadion: “Lyumen Fild” (Sietl)
Əvvəlki oyunlarının balansı: +2=1-1
İlk turda parlaq qələbə qazanmaqla çoxlarını təəccübləndirən iki komandanın dueli maraq doğurur. ABŞ favorit sayılsa da, Avstraliya Türkiyə ilə matçda “2 nömrə” kimi oynamağı çox gözəl bacardığını göstərdi. Yeri gəlmişkən, bu komandalar 2025-in oktyabrında Denverdə yoxlama oyununda üz-üzə gəlmişdi. Avstraliya həmin görüşdə ilk yarının ortalarında önə keçsə də, ABŞ 2:1 hesablı əzmkar qələbə qazanmışdı.

20 iyun
D qrupu
Türkiyə – Paraqvay

Hakim: İvan Barton (Salvador)
Cəzalı: yoxdu
Stadion: “Livays” (San-Fransisko)
Əvvəlki oyunlarının balansı: +0=1-0

Burda isə ilk turun uğursuzları qarşılaşacaq. Hər iki komandanın qələbəyə hava-su kimi ehtiyacı var. Komandaların ilk turdakı problemi fərqli idi. Türkiyə topa sahib olsa da, hücumda “dişsiz” təsir bağışladı. Paraqvay isə əksinə, müdafiədə “töküldü”. “Ay-ulduzlular”ın şok məğlubiyyətin yaratdığı psixoloji sarsıntıdan necə çıxacağı böyük maraq doğurur. Türkiyə böyük turnirlərdə sanki favorit olduğu oyunlarda özünü rahat hiss etmir. Paytaxtımızdakı Avropa çempionatına da qardaş öllənin komandası iddialı gəlmişdi. Amma komanda ilk məğlubiyyətdən sonra heç cür özünə gələ bilmədi. Ümid edək ki, bu dəfə “ay-ulduzlular” fərqli – AÇ-2008-dəki ssenari ilə irəliləyəcək. ABŞ-nin Avstraliyadan xal alacağı və Türkiyənin Paraqvaya məğlub olacağı təqdirdə Vinçentso Montellanın komandasının “kitabı bağlanacaq”. Şəxsi oyunlar əsas götürüldüyü üçün hadisələrin belə axarında Türkiyə son tur ərəfəsində hətta 3-cü yeri tutmaq şansını da itirəcək.
ABŞ, Avstraliya – 3, Türkiyə, Paraqvay – 0.

C qrupu
Braziliya – Haiti

Hakim: Alexandro Ernandes Ernandes (İspaniya)
Cəzalı: yoxdu
Stadion: “Linkoln Faynenşel Fild” (Filadelfiya)
Əvvəlki oyunlarının balansı: +3=0-0

Mərakeş zəif rəqib olmadığı üçün Braziliyanın ilk turdakı xal itkisi futbol dünyasında qeyri-adi durum kimi qarşılanmadı. Amma bu dəfə pentakampeonların heç bir bəhanəsi ola bilməz. Karlo Ançelottinin komandası Haitidən bir yox, hətta iki baş üstündü və bu üzdən hamı onlardan inamlı qələbə gözləyir. Kağız üzərində belə görünür ki, Haiti üçün bu görüşdə ən yaxşı nəticə darmadağından qurtulmaq olacaq.

Şotlandiya – Mərakeş
Hakim: İlgiz Tantaşev (Özbəkistan)
Cəzalı: yoxdu
Stadion: “Cilett” (Boston)
Əvvəlki oyunlarının balansı: +0=0-1
Şotlandiya – 3, Braziliya, Mərakeş – 1, Haiti – 0.

F qrupu
Niderland – İsveç

Hakim: Maykl Oliver (İngiltərə)
Cəzalı: yoxdu
Stadion: “En-Ar-Ci” (Hyuston)
Əvvəlki oyunlarının balansı: +12=5-8

Niderland Yaponiyaya qarşı ilk görüşdə qələbəni əldən verməklə işini xeyli çətinə saldı. Bu dəfə “narıncılar”ı yaponlardan heç də zəif olmayan rəqib – İsveç gözləyir. DÇ-2010-un finalından bəri mundiallarda əsas vaxtlarda uduzmayan Niderlandın bu seriyası artıq 13 oyuna bərabərdi. Digər tərəfdən komanda son 5 DÇ matçında qapısını toxunulmaz saxlaya bilməyib. İlk turda 5 qol vuran İsveç üçün bu matçda bərabərlik heç də pis nəticə olmayacaq. Ona görə də təzyiq niderlandlıların üzərində olacaq.

21 iyun
F qrupu
Tunis – Yaponiya

Hakim: İştvan Kovaç (Rumıniya)
Cəzalı: yoxdu
Stadion: “Be-Be-Vi-Ey” (Monterrey)
Əvvəlki oyunlarının balansı: +1=0-5
İsveç – 3, Yaponiya, Niderland – 1, Tunis – 0.

E qrupu
Almaniya – Kot d’İvuar

Hakim: Xuan Benites (Paraqvay)
Cəzalı: yoxdu
Stadion: “Bimo Fild” (Toronto)
Əvvəlki oyunlarının balansı: +0=1-0

Almaniya ilk turun ən parlaq qələbəsini qazansa da, sevinmək üçün hələ tezdi. Çünki bu qələbə iddiasız debütant Kürasao üzərində əldə olunub. Kot d’İvuar isə artıq yetərincə möhkəm rəqibdi və bundestimin əsl səviyyəsi bu qarşılaşmada bilinəcək. Bu, faktiki liderlik uğrunda oyun olacaq. Qalib gələn tərəf 1-ci pilləni təmin edəcək. Son 8 oyunun 7-də qələbə qazanan və əla formada olan Kot d’İvuarın güclü rəqiblə matçda necə təsir bağışlayacağı maraq doğurur.

Ekvador – Kürasao
Hakim: Ma Nin (Çin)
Cəzalı: yoxdu
Stadion: “Errouhed” (Kanzas-Siti)
Əvvəlki oyunlarının balansı: heç vaxt qarşılaşmayıblar
Almaniya, Kot d’İvuar – 3, Ekvador, Kürasao – 0.

H qrupu
İspaniya – Səudiyyə Ərəbistanı

Hakim: Rafael Klaus (Braziliya)
Cəzalı: yoxdu
Stadion: “Mersedes-Bents” (Atlanta)
Əvvəlki oyunlarının balansı: +3=0-0

İlk turdan sonra bu komandaların eyni xala malik olacağını az adam proqnozlaşdırardı. İspaniya, adətən, yaxşı mənada ağızları açıq buraxırsa, Kabo-Verde ilə görüşdə komanda hücumdakı “dişsizliyi” və çarəsizliyi ilə təəccübləndirdi. Yeri gəlmişkən, “buğalar” DÇ çərçivəsində artıq 4 oyundu qalib gələ bilmir. Mundiala hazırlıq çərçivəsində Misir (0:0) və İraq (1:1) kimi komandaları yenə bilməyən, üstəlik DÇ-yə inamsız başlayan İspaniyanın bu dəfə də qələbə qazana bilməməsi artıq böhrandan xəbər verəcək. Çox güman, ərəblər də Kabo Verde kimi qapının önünə “avtobus qoyacaq”. Qol duyumunu itirən İspaniyanın bu dəfə “avtobus”u necə yaracağı maraq doğurur.

G qrupu
Belçika – İran

Hakim: Dario Errera (Argentina)
Cəzalı: yoxdu
Stadion: “Sou Fay” (Los-Anceles)
Əvvəlki oyunlarının balansı: heç vaxt qarşılaşmayıblar

22 iyun
H qrupu
Uruqvay – Kabo Verde

Hakim: Espen Eskos (Norveç)
Cəzalı: yoxdu
Stadion: “Hard Rok” (Mayami)
Əvvəlki oyunlarının balansı: heç vaxt qarşılaşmayıblar
Uruqvay, Səudiyyə Ərəbistanı, İspaniya, Kabo Verde – 1.

G qrupu
Yeni Zelandiya – Misir

Hakim: Omar Əl-Əli (BƏƏ)
Cəzalı: yoxdu
Stadion: “Bi-Si Pleys” (Vankuver)
Əvvəlki oyunlarının balansı: +0=1-2
Yeni Zelandiya, İran, Belçika, Misir – 1.

J qrupu
Argentina – Avstriya

Hakim: açıqlanmayıb
Cəzalı: yoxdu
Stadion: “Ey-Ti-End-Ti” (Dallas)
Əvvəlki oyunlarının balansı: +1=1-0

Hər iki komanda ilk turda favorit statusunu doğrultdu və bu oyuna rahat çıxacaqlar. Yenə bütün diqqətlər Messiyə yönələcək. Argentinalı superulduz bir qol vuracağı təqdirdə Miroslav Klozeni geridə qoyaraq DÇ tarixinin ən məhsuldar oyunçusuna çevriləcək. Messili Argentinanın daha öncə heç vaxt yolu bu rəqiblə kəsişməyib. FİFA-nın reytinqində 24-cü pillədə qərarlaşan Avstriyanı bir tərəfdən zəif rəqib adlandırmağa adamın dili gəlmir. Amma digər tərəfdən debütant İordaniya ilə qarşılaşmada qapısını toxunuılmaz saxlaya bilməyən Avstriya heç də “beton” müdafiəyə malik deyil.

23 iyun
J qrupu
İordaniya – Əlcəzair

Hakim: açıqlanmayıb
Cəzalı: yoxdu
Stadion: “Livays” (San-Fransisko)
Əvvəlki oyunlarının balansı: +0=1-0
Argentina, Avstriya – 3, İordaniya, Əlcəzair – 0.

İ qrupu
Fransa – İraq

Hakim: açıqlanmayıb
Cəzalı: yoxdu
Stadion: “Linkoln Faynenşel Fild” (Filadelfiya)
Əvvəlki oyunlarının balansı: heç vaxt qarşılaşmayıblar

Norveç – Seneqal
Hakim: açıqlanmayıb
Cəzalı: yoxdu
Stadion: “Metlayf” (Nyu-Yokr)
Əvvəlki oyunlarının balansı: +0=0-1
Norveç, Fransa – 3, Seneqal, İraq – 0.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-06-2026, 17:0

''Qalatasaray''ın sabiq ulduzu: ''Avstraliya bu gecə çoxlarını susdurdu''

AÇ

1-07-2024, 00:0

AÇ-2024 1/8 final: İngiltərə və İspaniya 1/4 finalda - YENİLƏNİB

Çempionlar Liqası

5-10-2023, 01:0

"Nyukasl" PSJ-ni böyük hesabla məğlub etdi - YENİLƏNİB

AÇ

26-03-2023, 10:0

Türkiyə yığmasından İrəvanda əzmkar qələbə

Manşet / Çempionlar Liqası

14-12-2023, 01:0

Çempionlar Liqasında qrup mərhələsi başa çatdı - YENİLƏNİB

Dünya futbolu

14-06-2026, 15:0

Türkiyə 9 nəhəng turnirdən 8-nə məğlubiyyətlə başlayıb!

Aktual
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
“Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
“Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
Son xəbərlər
  • Bu gün, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • Dünən, 23:45
    Yığmamız İslandiyaya uduzdu
  • Dünən, 23:09
    "Sabah" "Orhus"a uduzdu - YENİLƏNİB
  • Dünən, 22:16
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 21:59
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • Dünən, 21:28
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • Dünən, 20:57
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • Dünən, 20:26
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • Dünən, 19:56
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • Dünən, 19:40
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
  • Dünən, 19:33
    "Orhus" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    “Orhus” bir çox halda hücuma 7-8 futbolçu ilə keçir” – Dambrauskas rəqibin zəif cəhətlərini də tapıb
  • Dünən, 18:58
    “Orhus” aşkar favoritdi! – “Sabah”ın uğuru mərc həvəskarlarını da sevindirəcək
  • Dünən, 18:40
    "Kəpəz" qapıçısı ilə yenidən anlaşdı
  • Dünən, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Dünən, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Dünən, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Dünən, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Dünən, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Dünən, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Dünən, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Dünən, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Dünən, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Dünən, 13:17
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Dünən, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Dünən, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Dünən, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Dünən, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Dünən, 10:00
    Klubuna sadiq qaldı
  • 4-08-2026, 23:0
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • 4-08-2026, 23:0
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə