• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!

Avrokuboklar / Manşet

Bu gün, 17:32

Məlum olduğu kimi, avrokuboklarda 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü atılıb. Bu isə o deməkdi ki, təmsilçilərimizin də rəqibləri bəllidi.

İndi klubların əsas öhdəliyi həmin oyunlara ən yüksək səviyyədə hazırlaşmaq və futbol ictimaiyyətinə qələbə sevinci bəxş etməkdi. Ancaq bu dəfə ənənəvi mənzərənin – ilk bir neçə mərhələdən sonra “Qarabağ”ın meydanda tək qalmasının şahidi olmaq niyyətində deyilik. Qarşınıza istər özümüz, istərsə də azarkeşlər adına böyük arzu və tələblərlə gəlmişik, əziz təmsilçilər!

“Sabah”ın xeyir, Çempionlar Liqası!
Xatırlayırsızsa, ötən mövsüm Avropa Liqasında debüt edən “Sabah” haqda yazını da yuxarıdakı başlıqla təqdim etmişdik. Ancaq göründüyü kimi, “bayquşlar” artıq ən mötəbər avrokubok turnirində çıxış edəcək. Bu o deməkdi ki, kollektiv ildən-ilə daha böyük uğurlara imza atır.

Hər halda, komandanın ölkə daxilində qazandığı nəticələri Avropa meydanlarına daşımasının vaxtı çatıb. Öz aramızdı, bu gün “Sabah”ın nəinki Konfrans, hətta Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasını arzulamaq sadəlövhlük olmaz. Sadəcə, burda növbəti mərhələlərdəki rəqiblərin səviyyəsini nəzərə almağa məcburuq. O başqa məsələ ki, Masazır təmsilçisi həm “Nyu Seynts”i, həm də “Vardar”/KuPS cütünün qalibini mübarizədən kənarlaşdırmağa qadirdi. Əlbəttə, bunun əksini iddia edənlər tapılacaq. Amma “Sabah”ın maliyyə durumu, istər başa çatan mövsümün əvvəlində, qış fasiləsində, istərsə də, bugünlərdə heyətinə cəlb etdiyi futbolçuların sayı və keyfiyyəti, baş məşqçi Valdas Dambrauskasın avrokubok təcrübəsi, klubun imkanları rəqiblərlə müqayisədə yetərincə üstündü.

Ümumiyyətlə, püşkatmada “Sabah”ın bəxtinin gətirdiyini deyə bilərik. Odu ki, srağagündən etibarən Tirolda toplanışa başlayan komanda hazırlıq prosesindən maksimum faydalanmalı, tarixində ilk dəfə çıxış edəcəyi yarışda irəliləməyin yollarını tapmalıdı.

Yenilənən “Qarabağ” və Avropa Liqası...
“Qarabağ”ın Avropa Liqasıyla bağlı son təəssüratı ürəkaçan deyil. Ona görə ki, ağdamlılar 2024/25 mövsümündə bu turnirin əsas mərhələsində çıxış etdi və bu mərhələni sonuncu sırada başa vurdu. Ancaq ruhdan düşməyən “köhlən atlar”ın növbəti “futbol ili”ndə Çempionlar Liqasının əsas mərhələsində tarix yazdığını, nə az, nə çox - 10 xal topladığını bilirik. Bu üzdən, Qurban Qurbanovun komandasından gözləntilər böyükdü. İş ondadı ki, mütəxəssis heyəti böyük ölçüdə təkmilləşdirmək niyyətindədi. Ayrılıqlardan və yeni gələn oyunçuların varlığından xəbərdarsız. Əlbəttə, belədə “Qarabağ”ın ilk başda çətinliklərlə üzləşmək ehtimalı böyükdü. Lakin Qurban bəyin təcrübəsi və heyətin tam yenilənməyəcəyini, 1-ci təsnifat mərhələsindəki rəqibin – İslandiya “Vestri”sinin “köhlən atlar”la müqayisədə xeyli zəif olduğunu gözardı etməməliyik. Görünür, “köhlən atlar” ardıcıl 13-cü dəfə avrokubokların əsas mərhələsində çıxış etmək şansına malikdi və bu amal uğrunda döyüşməyə dəyər!

Konfrans Liqasının əsas mərhələsi üçün daha iki şans...
Heç şübhəsiz, bu yarışda iştiraka hazırlaşan “Neftçi” ilə “Zirə”nin əsas mərhələyə vəsiqə qazanması klublarımızın avrokuboklar tarixində növbəti önəmli uğuru olar. Ancaq etiraf edək ki, bu yöndə şans azdı. Konfrans Liqasında çıxış edəcəyini hələ bu həftə öyrənən “qartallar”ın heyəti ayrılıqlardan sonra böyük ölçüdə zəiflədi. Bəli, “Zirə” dərhal yeni transferlər edə, daha iddialı komanda formalaşdırmağa başlaya bilər. Lakin maliyyə durumu, vaxt azlığı kimi məqamlar “qartallar”ın əleyhinə işləyəcək. Bu gün kollektiv ən yaxşı halda pley-off mərhələsinə qədər irəliləyə bilər ki, bu da çətin görünür. Yenə də istənilən durum “Zirə” üçün bəhanə olmamalıdı. “Qartallar” dərhal planları dəyişməli və iş başına keçməlidi. Burda həm də çox şey məhz Rəşad Sadıqovdan, onun bilik və bacarıqlarından asılıdı. Təcrübəli mütəxəssis özünü sübut etmək üçün ələ düşən fürsətdən maksimum yararlanmağa, başa çatan mövsümdə qeydə alınan uğursuzluqları unutdurmağa səy göstərməlidi. Əlbəttə, o, bu yolla 6 ildə “Zirə”də iş başında olsa da, kubok qazana bilmədiyi haqda reallığı kölgədə qoya bilər.

“Neftçi”yə gəlincə, burda hansısa çatışmazlıqdan söhbət gedə bilməz. Yuri Vernidubun çalışdırdığı komanda əzmkarlığı və yaradılan şərait sayəsində Konfrans Liqasında çıxış etmək hüququna yiyələndi. Hazırda geriyə yol yoxdu. İki ildi avrokuboklara vəsiqə qazana bilməyən “ağ-qaralar” yeni mövsümdə azarkeşlərini daha böyük uğurlarla sevindirməyə məcburdu. Axı sadiq tərəfdarlar da bu xoşbəxtliyi haqq edir. Həmçinin paytaxt təmsilçisi büdcəsinə görə premyer-liqada liderlər sırasındadı. Bu baxımdan, imkanlardan istifadə etmək, əvvəlki “futbol illəri”ndə yaşanan problemləri unutdurmaq çətin olmamalıdı. O başqa məsələ ki, “Neftçi”nin heyətinin gücləndirilməsinə hava-su kimi ehtiyac var.

Yazılanlardan belə nəticə hasil olur ki, klublarımızın ilk təsnifat mərhələlərində mübarizəni dayandırmağa haqqı çatmır. İrəliləmək, xüsusən əsas mərhələyə vəsiqə qazanmaq başlıca şərtdi. Hazırda bəlli olan istər konkret, istərsə də potensial rəqibləri mübarizədən kənarlaşdırmaq nə “Sabah”, nə “Qarabağ”, nə “Neftçi”, nə də “Zirə” üçün elə də ciddi sınaq deyil. Gün kimi aydındı ki, hər biri münasib rəqiblərlə qarşılaşacaq. İlk mərhələlərdə qazanılacaq uğur və motivasiya isə təbii ki, yola davam etmək üçün yanacaq rolunu oynayacaq. Odu ki, iş başına! Borcunuzu ödəyin! Axı son illərdə bəxtimizə belə münasib rəqiblər düşməmişdi...

Sizə uğurlar, bizə isə xoş seyrlər!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Avrokuboklar

17-06-2026, 16:0

"Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu

Ölkə futbolu / Manşet

21-06-2024, 13:0

“Sabah” “Makkabi”dən az qala üç dəfə ucuzdu

Ölkə futbolu / Aktual

5-02-2026, 18:0

“Sabah” mövsümün əvvəlində bu səviyyədə olsaydı, hətta bəlkə Avroliqada əsas mərhələyə yüksələrdi”

İdman

7-07-2025, 05:0

"Bu komandalarla mübarizə apara bilərik" - püşk Kurtinaytisi qorxutmadı

İdman / Manşet

29-06-2024, 17:0

“Əsas məsələ gətirdiyimiz legionerlərin necə olacağıdı” – “Sabah”ın yerli ulduzu

Aktual / Avrokuboklar

11-05-2026, 20:0

“Sabah”ın qrupa düşməsi su içmək qədər asandı! – yalnız bir şərt var

Aktual
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Son xəbərlər
  • Bu gün, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Bu gün, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Bu gün, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Bu gün, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Bu gün, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Bu gün, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Bu gün, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Bu gün, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Bu gün, 15:35
    Milli komandada yeni müqavilə
  • Bu gün, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə