"İmişli"də ayrılıq

19.06.2026 21:00 29
Ölkə futbolu
"İmişli" futbolçusu Xəzər Mahmudovla yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı hücumçu 2025-ci ilin avqust ayından "İmişli"də çıxış edirdi.

Bu, "İmişli"də yay fasiləsində ilk ayrılıqdı. Azər Salahlı və Tuncay Yusifli ilə müqavilənin müddətini artıran bölgə təmsilçisi hələlik transfer etməyib.