"Bakıdakı UEFA standartlarına cavab verən stadionlarda ya digər klublarımız ev oyunlarını keçirəcək, ya da təmir gedir. Buna görə də Sumqayıta üz tutmalı olduq".
Abdullazadə 9500 yerlik Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu olduğu halda, cəmi 1400 nəfərlik "Kapital Bank Arena"nı seçmələrinin səbəbini də açıqladı:
"Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ilə Belarus BATE-si avrokuboklarda ev oyununu keçirmək üçün müqavilə bağlayıb. Biz Konfrans Liqasına yollanacağımızı bir az gec bildiyimizdən onlar bizdə əvvəl razılığa gəliblər. Nəticədə "Kapital Bank Arena"nı götürməli olduq".
Xatırladaq ki, “Zirə” ilə “Torpedo” arasındakı ilk oyun iyulun 9-da Sumqayıtda, cavab oyunu isə bir həftə sonra keçiriləcək.
MURAD ABDULLAZADƏ





