• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” ilə Sərdar Dursun arasında nə problem var?

Dünya futbolu

16-03-2023, 21:0

Avropa Liqasının 1/8 finalında bu gün “Sevilya” ilə cavab oyununa çıxacaq “Fənərbaxça” ilə bağlı xəbərlər var.

"Football-plus.az" xəbər verir ki, sən demə, klubda 2-ci mövsümünü keçirən və əsas heyətə düşməkdə çətinlik çəkən Sərdar Dursunla “Fənərbaxça” arasında problem var imiş. Özü də bu, futbolda nadir hallarda rast gəlinən problemdi. İctimaiyyət bu hadisədən Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Apellyasiya Komitəsinin (AK) srağagünkü rəsmi qərarından sonra xəbər tutdu. Komitənin bəyanatında qeyd olundu ki, Sərdar Dursunla “Fənərbaxça” arasındakı anlaşılmazlıqla bağlı Mübahisəli Məsələlərin Həlli üzrə Komitənin qərarı qüvvədə saxlanılır! Çox keçmədən türkiyəli həmkarlarımız məsələnin kökünü axtarıb tapdılar. Sən demə, Sərdar mövsümün əvvəllərində “Fənər”in məşqində istifadə olunan toplardan narazı imiş. O, hətta bununla bağlı “instaqram” səhifəsinin hekayə bölümündə paylaşım da edibmiş. Bu paylaşım sözügedən sosial şəbəkənin qaydalarına uyğun olaraq 24 saat sonra silinibmiş. Problem isə ondadı ki, Sərdarın bu hərəkəti “Fənərbaxça” rəhbərliyinin xoşuna gəlməyib və klubun daxili intizam təlimatnaməsinə uyğun olaraq 31 yaşlı futbolçuya 15 min avro cərimə kəsilib. Sərdar da tənbəllik etməyərək topun keyfiyyətini tənqid etdiyi üçün ona verilən bu cəza ilə razılaşmayıb və olayı Mübahisəli Məsələlərin Həlli üzrə Komitəyə daşıyıb! O bildirib ki, topu tənqid etməyə görə cəza verilməsi düzgün deyil və klubun təlimatnaməsində buna uyğun maddə yoxdu. Ancaq komitə hələ dekabrın 15-də qərarını verərək bu məsələdə “Fənərbaxça”nı haqlı sayıb. Daha doğrusu, Sərdarın paylaşımı idman etikasına zidd bir hərəkət kimi qəbul olunub. Dursun bu qərarla da razılaşmayaraq məsələni AK-ya daşıdı və göründüyü kimi, bu dəfə də belə desək, məğlub ayrıldı. Xatırladaq ki, ötən mövsüm “sarı-lacivərdlilər”in məhsuldar oyunçusu olan Sərdar Jorje Jezuşun gəlişindən sonra bir qədər gözdən düşdü. Onun adı avrokuboklarda mövsümlük iştirak ərizəsinə salınmadı. Klubla 2024-ə qədər müqaviləsi olan təcrübəli forvard bu mövsüm 18 rəsmi oyuna çıxaraq cəmi 3 qol vurub.

“Fənər”lə bağlı digər xəbər isə çətin ki, bu klubun fanatlarının xoşuna gəlsin. Belə ki, “Sevilya” ilə səfər matçının 82-ci dəqiqəsində zədələnərək əvəzlənən Linkoln Enrikenin durumu gözləniləndən ciddi imiş. Tibbi müayinə zamanı 24 yaşlı solaxay futbolçunun diz bağlarında yırtıq aşkarlanıb. Bu da o deməkdi ki, Linkoln artıq bu mövsüm meydana çıxa bilməyəcək. Ötən yay “Santa Klara”dan transfer olunan “sambaçı” universallığı ilə seçilirdi və Jezuşun ən çox güvəndiyi oyunçulardan idi. Son vaxtlar portuqaliyalı mütəxəssis Linkolnu müdafiənin solunda oynadaraq Fərdi Kadıoğlunu sağ cinaha çəkmişdi. Amma Linkolnun zədələnməsindən sonra “Sevilya” ilə cavab oyununda Fərdinin yenidən sol cinahda qərarlaşacağı, sağda isə Osayi-Samuelin oynayacağı gözlənilir. Linkoln Enrike bu mövsüm 35 rəsmi qarşılaşmada 2 qol, 8 məhsuldar ötürməlik performans sərgiləyib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-04-2022, 15:0

Sərdar Dursun Semih Şəntürkə çatdı

Dünya futbolu

26-11-2022, 20:0

Sərdar Azmundan ''Fənərbaxça'' etirafı

Dünya futbolu

30-04-2022, 23:0

Penalti nöqtəsini qazdılar, amma yenə də uduzdular…

Dünya futbolu

8-07-2022, 18:0

“Fənərbaxça”nın “Qəbələ”nin rəqibi ilə oyununda nələr yaşandı?

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə