"Football-plus.az" xəbər verir ki, karyerasını ''Bayer-04''də davam etdirən və bu mundialda hələ ki, qol vurmayan 27 yaşlı forvard son iki ''transfer pəncərəsi'' zamanı ''Fənərbaxça''dan təklif alsa da, keçid baş tutmadı. Azmunu dinləyək:
'
'Çox yaxşı oynadıq. Allaha şükür 3 xal qazandıq. Amma heç nə bitməyib. Qarşıda ABŞ ilə daha bir çətin oyun var. Türkləri çox sevirəm. Yaşasın türklər! ''Fənərbaxça''nı da çox sevirəm. Təklif də almışdım. Onlara bir dəfə qol da vurdum. Üzr istəyirəm. Ümid edirəm ki, gələcəkdə ''Fənər''də oynamaq fürsətim olacaq''.
Azmun haqqında bəhs etdiyi qolu 2018/19 mövsümündə ''Zenit''in heyətində vurub. Həmin vaxt Avropa Liqasının 1/16 final mərhələsində ''Zenit'' evdə İstanbul nəhəngini 3:1 hesabı ilə yenmiş və iranlı forvard dubl etmişdi.
