• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mahir “Qalatasaray”ın seriyasını bitirəcəklərinə ümid edir

Ölkə futbolu / Dünya futbolu

16-03-2023, 22:0

Türkiyə çempionatında artıq sabah 26-cı tura start veriləcək.

"Football-plus.az" xəbər verir ki, turun açılış oyununda - Bakı vaxtı ilə saat 21.00-da başlayacaq qarşılaşmada lider “Qalatasaray” “Konyaspor”un qonağı olacaq. Son 14 turda xal itirməməklə Türkiyə futbolunda yeni rekord müəyyənləşdirən İstanbul nəhənginin zatən ölkəmizdə həmişə böyük azarkeş kütləsi olub. Son günlərdə “Qalatasaray”ın ölkəmizə gələcəyi xəbərinin yayılması ilə bu kluba maraq bir qədər də artıb. “Sarı-qırmızılar”ın “Konyaspor”a qarşı duelinə marağımızı artıran daha bir məqam yığma üzvü Mahir Emrelinin konyalıların şərəfini qorumasıdı.

“Ağ-yaşıllar” 24 oyuna topladıqları 31 xalla 8-ci pillədə qərarlaşıblar. Müqayisə üçün deyək ki, komanda ötən mövsüm 24 oyuna 48 xal toplamış və yalnız fenomenal nəticələr əldə edən “Trabzonspor”u özündən irəli buraxaraq 2-ci pillədə qərarlaşmışdılar. “Konyaspor”un son aylarda gerilədiyini görməmək mümkün deyil. Futbolda, adətən, məşqçi dəyişikliyi işə yarayır. Amma konyalılarda əksinə oldu. İlhan Palutun yerinə Aleksandar Stanoyeviç gətiriləndən sonra komanda qalib gəlmək bir yana, hətta qol vurmağı da unutdu. Mahir də daxil olmaqla digər yeni transferlər Potsuelo ilə Moreno 24-cü turda “Girəsunspor”a qarşı ev oyununda debüt etdilər və pis təsir bağışlamadılar. Hər halda, fanatlar sosial şəbəkələrdə onları təriflədilər. Amma həmin görüş, bilindiyi kimi, qolsuz yekunlaşdı. “Konyaspor” həmin gün Stanoyeviçin başçılığı altında ardıcıl 5-ci çempionat oyununda qol vura bilmədi və bu baxımdan serbiyalı mütəxəssis əcnəbilər arasında turnirin yeni antirekordçusu oldu. Ötən tur komanda bir qədər nəfəs dərdi. Çempionatdan çəkilən “Hatayspor”la oyuna görə “Konyaspor”a texniki qələbə verildi. İndi bütün diqqətlər “Qalatasaray”la oyuna yönəlib. “Ağ-yaşıllar” Stanoyeviçin dönəmində ilk qolu vurmağa, eləcə də ilk qələbəni qazanmağa çalışacaq. Türkiyə mətbuatının yazdığına inansaq, “Konyaspor” yenə uduzacağı təqdirdə məşqçi böyük ehtimalla istefaya göndəriləcək!

Bu arada dünənki məşqdən öncə Stanoyeviç və Mahir Emreli türkiyəli həmkarlarımıza açıqlamalar veriblər. Bizə, təbii ki, daha çox Mahirin sözləri maraqlıdı. 25 yaşlı vingerin “Qalatasaray”la oyunda start heyətində meydana çıxacağı gözlənilir. Onun Türkiyə karyerasında qol hesabını məhz bu cür güclü rəqiblə oyunda açması ideal olardı. Üstəlik “Cim-Bom”un tarixi qələbə seriyasına məhz Mahirin qolu ilə son qoyulsa, bu, bizim futbol üçün yaddaqalan hadisə olar. Mahir qarşıdakı oyun və Türkiyəyə uyğunlaşması ilə bağlı bunları deyib:

“Rəqibimizi incələyirik və buna uyğun hazırlıq dönəmi keçirik. Bir neçə gün öncə daha ağır və yorucu məşqlər keçirdik. Amma oyun günü yaxınlaşdıqca həmin matça uyğun məşqlərə üstünlük verməyə başladıq.

“Qalatasaray”ı tanıyırıq. Turnir cədvəlinə başçılıq edirlər və çox da gözəl futbol sərgiləyirlər. Əla qələbə seriyası yaxalayıblar. Ümid edirəm ki, onların seriyasına məhz biz son qoyacağıq. Konyaya 3-4 həftə əvvəl gəlmişəm. Burdakı gözəl atmosferi, istiqanlılığı dərhal hiss etdim. Buranı özüm üçün əcnəbi ölkə saymıram. Ona görə də uyğunlaşma ilə bağlı problemim olmadı. İnsanlarla dərhal qaynayıb-qarışa bildim. Təbii ki, işin futbol tərəfi də çox önəmlidi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-03-2023, 14:0

"Qalatasaray"ın qələbə seriyasına son qoya bilərik" - Mahir Emreli

Dünya futbolu

17-09-2022, 12:0

''Konyaspor''un seriyası bitdi, ''Qalatasaray'' 58 tur sora lider oldu

Dünya futbolu

4-08-2022, 19:0

Superliqada yeni mövsümün iki favoriti var - TƏHLİL

İdman

28-02-2023, 11:0

"Konyaspor"un baş məşqçisi Mahir Emreli haqqında nə dedi? - AÇIQLAMA

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyiri" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:55
    "Dinamo-Minsk" "Neftçi"ni 4 qolla məğlub etdi - YENİLƏNİB
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Dünən, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Dünən, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • 21-07-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 21-07-2026, 23:0
    Erməni güləşçilər Bakıya gələcək
  • 21-07-2026, 23:0
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • 21-07-2026, 23:0
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • 21-07-2026, 22:0
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
Daha çox
Oxunub: 189
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 130
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə