"Football-plus.az" xəbər verir ki, serbiyalı mütəxəssis bu barədə ölkəsinin mətbuatına açıqlama verib.
O bildirib ki, "Giresunspor"a qarşı 23-cü tur oyununda seçim imkanları daha çox olacaq:
"Fənərbaxça" ilə matçda transferlərdən, eləcə də yeni hücumçulardan istifadə edə bilmədik. Növbəti duel üçün daha çox seçimimiz və özümüzü daha yaxşı tərəfdən göstərmək şansımız olacaq".
Qeyd edək ki, müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına məxsus olan Mahir Emreli "Konyaspor"da cari mövsümün sonunadək icarə əsasında çıxış edəcək.






