Superliqada yeni mövsümün iki favoriti var - TƏHLİL

4.08.2022 19:39 444
Dünya futbolu
Türkiyə çempionatında yeni mövsüm artıq sabah start götürür.

Superliqada 2022/23 mövsümü üçün çempionluq əmsalları açıqlanıb. Azərbaycan premyer-liqasının yeni sponsoru ''Misli''nin açıqladığı əmsallara görə qarşıdakı “futbol ili”ndə ''Trabzonspor'' və ''Fənərbaxça'' çempionluğa əsas namizədlərdi. Hər iki komandanın çempionluğuna 3 əmsal verilib!

Mövsümə Valerien İsmaellə başlayacaq ''Beşiktaş'' 5,50 əmsalla 3-cü pillədə qərarlaşıb. Nəhənglər arasında ən az şansı olan kollektiv ''Qalatasaray''di. ''Sarı-qırmızılar''ın çempionluq əmsalı 6,50-di. 5-ci pillədə 9 əmsalla ''İstanbul BŞ'' qərarlaşıb. Ötən mövsümü 3-cü pillədə başa vuran və KL-də ''Neftçi''nin mümkün rəqiblərindən biri olan ''Konyaspor''un çempionluğuna isə 15 əmsal verilib.

ƏLİ