"Ümid edirəm ki, "Qalatasaray"ın 14 oyunluq qələbə seriyasını Konyada dayandıracağıq".
"Football-plus.az" xəbər verir ki, bunu "Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə super liqasının 26-cı turunda "Qalatasaray"a qarşı keçirəcəkləri matç haqqında danışarkən deyib.
26 yaşlı hücumçu görüşə taktiki məşqlərlə hazırlaşdıqlarını bildirib:
"Artıq qarşılaşmaya köklənmişik. Rəqibimizi tanıyırıq. Çempionatda birinci pillədə qərarlaşıblar. Yaxşı qələbə seriyaları var, amma biz buna son qoya bilərik".
Qeyd edək ki, martın 17-də oynanılacaq "Konyaspor" - "Qalatasaray" qarşılaşması saat 21.00-da start götürəcək.