“Dallas” — “Çikaqo” oyunu maraqlı axar üzrə cərəyan etdi.
Football-plus.az xəbər verir ki, hesabda 0:3 geri düşən qonaqlar ardından oyunun axarını dəyişməyi və əzmkar qələbə qazanmağı bacardılar.
Atasının ölümünə görə son 4 oyunu buraxan Aleksandr Oveçkinin dönüşü də “Vaşinqton”a yardım etmədi. Dünən “Anahaym”a uduzan paytaxt klubu ardıcıl 6-cı oyunda uduzmaqla pley-offa adlamaq şansını çətinə saldı.
2003-ün oktyabrından bəri ilk dəfə ardıcıl 6 məğlubiyyətlə barışan “Vaşinqton” Şərq konfransının turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.