• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Belçikadakı azərbaycanlılar “Qarabağ”ın oyununa köklənib - AÇIQLAMALAR

Manşet / Konfrans Liqası

22-02-2023, 20:0

Ağdamlılar pley-offun cavab görüşündə “Gent”in qonağı olacaq.

Onlar bu səddi adlasa, tarixində ilk dəfə 1/8 finala yüksələcək. Təbii ki, komanda belə vacib görüşdə tək qalmamalıdı. Düzdü, klub rəsmi sosial şəbəkə hesabları vasitəsi ilə oyun günü stadionun önündə bilet satışının təşkil olunacağını açıqlayıb. Amma bu yetərli deyil. Belə məsələlərdə təşkilatçılıq önəmlidi. Bunu daha çox ölkə xaricində yaşayanlar həyata keçirir.

Görəsən, Belçikadakı matça maraq var? Bu suala aydınlıq gətirmək üçün kiçik araşdırma apardıq. Əldə etdiyimiz məlumata görə, Gentdəki görüşdə azərbaycanlılar fəal şəkildə iştirak edəcək. Bununla bağlı işlər də görülür. Bu məsələlərdə öndə gedən iki şəxs var. Söhbət Rəşad İbrahimlə İlkin Hüseynzadədən gedir. Hər ikisi Belçikada yaşayır və “Qarabağ” azarkeşidi. Oyun gününü səbirsizliklə gözləyirlər və bunun üçün hazırlıq da görüblər. Yaxşısı budu, onları dinləyək.

İlkin Hüseynzadə:

“Mən yalnız “Qarabağ” azarkeşiyəm. Çalışmışam burdakı bütün oyunlarında komandamıza dəstək olum. Hamı mənimlə əlaqə qururdu. Soruşurdu ki, oyuna bileti necə alaq? Nəhayət, srağagün öyrənmişəm ki, oyun günü stadionda satış olacaq. Qiymət də 32 avrodu. O qədər də baha deyil. Söhbət puldan da getmir. Mənə maraqlıdı ki, insanlarımızın vaxtında informasiyası olsun. Sağ olsunlar, “Qarabağ” nümayəndələri bizi məlumatlandırdılar. Burda yaşayan türklər də var. Onların hamısı görüşə azarkeş kimi gəlmək istəyirdi. Elə bilirdilər ki, “Qarabağ” biletləri pulsuz paylayır. Amma onlara dedik ki, özümüz də pulla alırıq. Onlar da matça gələcəklər. Görüşüb stadiona birgə gedəcəyik. Arenada Türkiyədəki zəlzələ ilə bağlı pankart açmaq istəyirik. Adətən, belə şeylərlə çox məşğul olmuram. Dostumuz Şamil Mustafayev bu işləri özü həll edirdi. İndi o, bir az uzaqdadı. Həm də Belçika olduğuna görə özüm azərbaycanlılara kömək edirəm. Başqa ölkələrdən - Niderland, İsveç və Almaniyadan gələnlər də olacaq. Sizə bir sirr açmaq istəyirəm. Mən Gentdə yaşamıram. Amma həftədə bir dəfə klubun bazasına gedirəm. İşlədiyim şirkət onları idman ayaqqabıları ilə təmin edir. Klub nümayəndələri ilə müntəzəm söhbət edirəm. İki gün öncə getmişdim. Futbolçulara dedim ki, 4-cü qələbəni qazanmağa gəlirik. Onlar da güldülər. “Gent” oyuna soyuqqanlı yanaşır. Azarkeşləri də müaliyimdi, xuliqan deyillər. Məsələn, mən Antverpen şəhərində yaşayıram. Ordakı fanatlar kimi çılğın deyillər. Ümid edirəm ki, hər şey komandamızın xeyrinə olacaq. Əsas odu ki, Lüksemburqda baş verən hadisələr yaşanmasın. “Düdelanj”la matçda ermənilər aləmi qatmışdı. Onlar qondarma bayraqlarını dronla qaldırmışdılar. Həmin vaxt arenaya birinci mən daxil olmuşdum. Belə etməklə oyunu saxlatdırmışdım. Əsas odu ki, belə hadisələr təkrarlanmasın. Ümid edirəm ki, komandamız bu görüşdə qələbə qazanaraq bizi sevindirməyə davam edəcək”.


Rəşad İbrahim:
“Əslən bakılıyam. 1999-cu ildən Belçikada yaşayıram. Avropada loqistika üzrə təhsil almışam. 2005-ci ildən özəl sektorda ticarətlə məşğulam. Həmçinin diaspor işlərində fəalam. “Belçikadakı azərbaycanlılar” adlı təşkilatımız var. Məqsəd ölkəmizi, dövlətimizi, tariximizi yüksək səviyyədə Avropada təmsil etməkdi. Təbii ki, idmanın da burda önəmi var. Futboldan gözəl reklam ola bilməz. “Qarabağ”ın Avropaya səfəri həmişə bizim üçün fəxrdi. Çünki klub Qarabağın adını daşıyır. Müharibədən öncə çətin anlarımız oldu. Azərbaycan millisi Belçikaya gəlmişdi. “Qarabağ” Lüksemburqda “Dudelanj”la qarşılaşdı. Həmin oyunlarda çətinlik yaşamışdıq. Amma indi harda oyun olursa, anlımız açıq gedirik. Düşmənlərimiz müharibədən sonra “Qarabağ”ın qələbələrini görərək məhv olurlar. Gələk təşkilati işlərə. İlkin Hüseynzadə adlı dostumuz bütün işləri, demək olar ki, görür. Biz də 5-6 nəfər bir iş həyata keçirmək istəyirik. Təşkilatımızın üzvləri və övladları birgə oyunu izləyəcəyik. Futbolla bağlı sosial şəbəkə hesablarımızda paylaşım etmişik. Təşkilatımızla birgə oyunu izləmək istəyənlər sıralarımıza qoşula bilərlər. Biz könüllülərik. Burda ürəyi ölkəsi ilə döyünən insanlar təmsil olunur. Əlbəttə, Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdindəyik. Onların da dəstəyini həmişə hiss edirik. Amma yenə təkrar edim ki, bu işi könüllü həyata keçiririk. Uşaqlıqdan futbola sevgim var. Xaricə köçəndən sonra Azərbaycan komandalarının oyunları daha çox diqqətimi çəkməyə başladı. Demək olar ki, uşaqlıqdan “Qarabağ” azarkeşiyəm. Bir-iki oyun istisna olmaqla Avropadakı bütün matçlarını izləmişəm. Bundan sonra da çalışacam ki, komandama əlimdən gələn qədər dəstək olum”.


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

17-02-2023, 15:0

"Gent"dən "Qarabağ"a təşəkkür

Manşet / Konfrans Liqası

10-02-2023, 21:0

Belçikaya getmək üçün “Can Sports”a müraciət edən olmayıb

Premyer-liqa / Manşet

27-08-2022, 17:0

"Qarabağ" Avroliqa oyunlarını bu arenada keçirəcək - AÇIQLAMA

Maraqlı

18-02-2023, 16:0

"Qarabağ" - "Gent" matçında stadion niyə dolmadı? - AÇIQLAMA

Premyer-liqa / Manşet

17-11-2022, 22:0

“Mehdi Hüseynzadə”nin istifadəyə veriləcəyi tarix müəyyənləşdi

Konfrans Liqası

21-02-2023, 13:0

“Qarabağ” Belçikada seçimini etdi

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Bu gün, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Bu gün, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Bu gün, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Bu gün, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Bu gün, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Bu gün, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Bu gün, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Bu gün, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Bu gün, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Bu gün, 17:44
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 136
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə