"Gent"dən "Qarabağ"a təşəkkür

17.02.2023 15:26 492
Konfrans Liqası
Belçika "Gent"i UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra "Qarabağ"a təşəkkür edib.

Football-plus.az xəbər verir ki, bununla bağlı klubun sosial şəbəkə hesablarından paylaşım olunub.

"Bizi qəbul etdiyiniz üçün təşəkkürlər, "Qarabağ". Gözəl şəhər, sevimli insanlar, möhtəşəm oyun. Gələn həftə görüşənədək", - postda bildirilib.

Qeyd edək ki, "Qarabağ" - "Gent" matçı Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması fevralın 23-də Belçikada olacaq.