"Qarabağ" Avropa Liqası səviyyəsində olan komandadı" - "Gent"in futbolçusu

22.02.2023 20:10 269
Manşet / Konfrans Liqası
Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

"Qarabağ" "Gent"lə qarşılaşacaq. Oyundan öncə belçikalıların futbolçusu Julien de Sart mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:

“Qarabağ” yaxşı hücum xüsusiyyətləri olan komandadı. Xüsusilə sol tərəfdən onlar həqiqətən təhlükəlidilər. Avropa Liqası səviyyəsində olan komandadı. Bu mövsüm bunu artıq sübut ediblər. Diqqət etməliyik, amma mən matçı səbirsizliklə gözləyirəm. Bu, karyeramda 30-cu Avropa oyunu olacaq. Hər şeyi vermək üçün motivasiyalıyam”.