"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı

10.07.2026 19:35 10
Dünya futbolu
Bir neçə gün əvvəl “Qəbələ”ni tərk edən Seydina Keytanın yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, 33 yaşlı müdafiəçi daha əvvəl də çıxış etdiyi "Panevejis”ə qayıdıb.

Litva klubunun mətbuat xidməti seneqallı futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb. Keyta 2022-2023 mövsümündə və 2025-ci ildə də bu klubun formasını geyinib.

Xatırladaq ki, Keyta iyunun 21-də “Qəbələ” ilə yeni müqavilə imzalasa da, sonradan şəxsi problemlərə görə klubdan ayrılmaq istədiyini bildirib. Nəticədə futbolçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. 2026-cı ilin yanvarından "Qəbələ"nin şərəfini qoruyan Keyta bu müddət ərzində 19 oyunda meydana çıxıb və 3 qol vurub.