"Qarabağ" Avroliqa oyunlarını bu arenada keçirəcək - AÇIQLAMA

27.08.2022 17:39 1 560
Premyer-liqa / Manşet
Dünən "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu.

Ağdamlıları qarşıda yeni macəra gözləyir. Çempionlar Liqasında gördük ki, komandanın ev oyunlarına maraq olduqca böyükdü. Bilet satışında problemlər çıxır. Tələb olduğu üçün satışı təşkil edən "iticket.az"ın sistemi çökür. Bunu problem edən çoxları tələb edir ki, "Qarabağ"ın oyunları Bakı Olimpiya stadionda keçirilsin.

Görəsən, klub bütün bunları nəzərə alıb, Avropa Liqasındakı rəqiblərini hansı arenada qonaq edəcək? Bu sualı klubun mətbuat katibi Gündüz Abbaszadəyə ünvanladıq:

"Qərarın verilməsi üçün püşkatmanı gözləyirdik. Oyunlar həmişəki kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək".


Yeri gəlmişkən, "Viktoriya" ilə görüşdə komandamıza dəstək olan azarkeşlər də var idi. 627 yer azərbaycanlılar üçün ayrılmışdı. Amma əldə etdiyimiz məlumata görə, oyunda həmin sektora cəmi 385 bilet satılıb.

İLKİN SULTANLI