• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

35 ölkə Rusiyanı növbəti Olimpiadada görmək istəmir - TƏHLİL

Maraqlı

16-02-2023, 15:0

Bugünlərdə Londonda Qərb blokunun 35 ölkəsinin (Avropa İttifaqı dövlətləri, Böyük Britaniya, ABŞ, Kanada və Yaponiya) idman nazirləri bir araya gəlib. İclasın ən vacib yekunu budu ki, nazirlər Rusiya və Belarusdan olan atletlərin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada iştirakına birmənalı şəkildə qadağa qoyulmasına tərəfdar çıxıblar.

Düzdü, bu hələ yekun qərar anlamına gəlmir. Ona görə ki, belə məsələlər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) səlahiyyət dairəsinə aiddi – bu qurum isə hakimiyyət orqanlarının təzyiqinə, adətən, əsəbi reaksiya göstərir. Polşanın idman naziri də iclasda maraqlı təkliflə çıxış edib. Onun fikrincə, “müxalif idmançıların” (çox güman, siyasi mülahizələr üzündən Rusiya ilə Belarusu tərk edənləri nəzərdə tutur) Olimpiya Oyunlarına “qaçqınlar yığması” kimi qatılması yaxşı olardı.

Siyasi təzyiq artır

Bütün bunların Ukraynanı işğal etməklə bağlı ağlasığmaz planlar quran Rusiya prezidenti Vladimir Putinin avantürist siyasətinin nəticəsi olduğu hər kəsə bəllidi. Artıq bir ilə yaxındı ki, Rusiya – Ukrayna müharibəsi davam edir. Məsələnin məhz indi aktuallaşması bir qədər qəribə görünür. Axı hələ nə BOK, nə də Olimpiadanın təşkilat komitəsi müvafiq qərar verib. Və çətin ki, 2023-ün yayından tez bu məsələyə aydınlıq gələ. Bununla belə, 35 ölkənin idman nazirləri Ukraynadan olan həmkarlarına dəstək nümayiş etdirməyi lazım biliblər. İş ondadı ki, Ukrayna idmanına rəhbərlik edənlər artıq iki həftədi Rusiya təmsilçiləri hətta neytral idmançı statusu ilə qatılsalar belə, Paris Olimpiadasını boykot edəcəklərini bildiriblər. BOK-un son günlərdə Birləşmiş Millətlər Liqasının (BMT) təzyiqi altında idmançıları milli mənsubiyyətinə görə diskriminasiyaya məruz qoymaq siyasətindən imtinanı, Rusiya və Belarus idmançılarına münasibətdə sanksiyaları yüngülləşdirməyi təklif etməsi yeni reallıq yaradıb. Milli olimpiya komitələrindən Kiyevin boykot taktikasını birmənalı şəkildə dəstəkləyən yeganə ölkə hələ ki Latviyadı. Ancaq faktiki bütün Qərb dövlətlərinin hökumətləri israr edirlər ki, rusiyalı və belaruslu idmançılar Parisdə olmamalıdı – nə bayraqla, nə də bayraqsız. Elə bu mövqe də London sammitində təsdiqlənib. Qeyri-rəsmi xəbərlərə görə, yalnız Yunanıstan, Fransa və Yaponiya bu mövqeyə qarşı çıxıb. BOK Rusiyayönlü siyasətini davam etdirərsə, hadisələrin hansı axar üzrə inkişaf edəcəyi maraq doğurur. Sammitin təşəbbüskarlarından biri kimi çıxış edən Polşanın idman naziri Kamil Bortniçukun dediyinə görə, hələ ki kütləvi boykotdan danışmaq tezdi. Yəni bu məsələdə son sözün deyilməsi üçün hələ vaxt çoxdu. Və burda son sözü, hər halda, idman nazirləri yox, yerli olimpiya komitələrinin rəhbərləri deməlidi – BOK-un xartiyasına uyğun olaraq, məhz onlar Olimpiya Oyunlarının iştirakçısı sayılır. Nəzəri cəhətdən yerli olimpiya komitələri öz hökumətlərinin mövqeyinə qarşı çıxa bilər – tarixdə belə hallar olub. Əlbəttə, BOK-un prezidenti Tomas Baxın da hansı mövqe tutacağı önəmlidi. Yəni onun Rusiya və Belarusdan olan idmançıların neytral statusu ilə Olimpiadaya qatılması ideyası üzərində dayanacağı, yoxsa sərt təzyiq altında ruslarla bağlı lobbiçilik siyasətindən əl çəkib-çəkməyəcəyi prinsipial əhəmiyyət daşıyır.

Yeni sanksiya növü

“Qaçqınlar yığması” ideyası üzərində də ayrıca dayanmaq lazımdı. Hələ 2016-cı ildə ortaya atılan bu ideya əvvəldən birmənalı qəbul olunmayıb. Təklifin mahiyyəti ondan ibarətdi ki, Olimpiya Oyunlarında ölkələrini təmsil edə bilməyən idmançılara meydan verilsin. Məsələn, cəzalanan yerli olimpiya qurumları və ya fors-major hallar üzündən Olimpiadaya qatıla bilməyən ölkələr var. Həmçinin iqtisadi və ya siyasi səbəblər üzündən mühacirət edən, vətənindəki olimpiya qurumu ilə əlaqəni itirən idmançılar da “qaçqınlar” kateqoriyasına düşür. 2020-ci ilin Olimpiya Oyunlarında bəzi suriyalı və iranlı idmançılar belə komandada birləşmişdi, baxmayaraq ki, Suriya və İran yığmaları da məhdudiyyətsiz-filansız yarışlarda iştirak edirdi. Ruslarla belarusları “qaçqınlar yığması” Bortnçikun təqdim etdiyi kimi “güzəşt variantı” ola bilərmi? Əlbəttə, rusiyalı idmançıların Olimpiadaya buraxılmaq naminə özünü “müxalif” kimi qələmə verməsi Qərbdən olan idman nazirlərinin ürəyincə olardı. Ancaq belə addımın qanuniliyi şübhə doğurur. Ümumiyyətlə, olimpiya hərəkətının idmançılara hansı düşərgədə dayanmaqla bağlı göstəriş vermək hüququ varmı? Onsuz da “idman siyasətdən ayrıdı” prinsipi çoxdan pozulub, bu şüar formallığa çevrilib. Rusiyalı və belaruslu idmançıların “qaçqınlar yığması” altında yarışması rəngləri bir qədər də tündləşdirmək olardı. Yenə “neytral idmançı” statusu az-çox anlaşılandı, bununla barışmaq mümkündü. Hər halda, Rusiya yığması son üç Olimpiadada bayraqsız da olsa, komanda şəklində iştirak edib. Amma indi dünyanın aparıcı ölkələrinin idman nazirləri Rusiyanı bu şansdan da məhrum etmək istəyirlər. Bir tərəfdən baxanda Rusiya dövləti imperialist siyasətinə, müxtəlif bölgələrdə “münaqişə ocağı” yaradıb, orda hansısa şəkildə iştirak niyyətinə, cəhdinə görə belə sərt cəzanı çoxdan haqq edib. Amma digər tərəfdən də dünya idman ailəsinin bütövlüyü pozulacaq, müəyyən presedentlər yaranacaq. Çox güman, irəlidə, yəni Olimpiadaya qədər olan dövrdə bizi bu mövzuda çoxlu maraqlı yeniliklər gözləyir.

Yeri gəlmişkən...

BOK-un prezidenti Tomas Bax Almaniyanın N-tv kanalına verdiyi açıqlamada Qərb ölkələrinin siyasətçilərinin rusiyalı və belaruslu idmançıların beynəlxalq yarışlarda iştirakı ilə bağlı diskussiyaya qoşulmasını tənqid edib: “Kimlərin hansı idman yarışlarda iştirak etmək hüququnun olub-olmamasına hökumətlər qərar verməməlidi. Belədə beynəlxaq yarışların, dünya çempionatlarının və Olimpiya Oyunlarının indi gördüyümüz halının sonu yetişəcək. Tarix kimin - sərhədləri açıq saxlayıb qarşılıqlı münasibətdə olmaq istəyənlərin, yoxsa təcrid və parçalanma tərəfdarı olanların sülh üçün daha çox çalışdığını göstərəcək”.

Paylaş:
Digər xəbərlər

İdman

10-12-2022, 21:0

ATP və Bax rusların himayədarı roluna!

İdman

13-05-2022, 17:0

Fərid Qayıbov milli federasiyaların nümayəndələri ilə görüşüb

İdman

27-01-2023, 11:0

Rus və belarus idmançılarına növbəti qadağa

İdman

25-06-2022, 17:0

Ukrayna ruslara görə imtina etdi

İdman

9-10-2022, 19:0

Beynəlxalq Boks Assosiasiyası ruslara işləyir?

İdman

17-07-2022, 11:0

Qadın MBA-sı Rusiya klubları ilə anlaşmaya qadağa qoyub

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 232
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə