"Zirə"nin rəqibi bəlli oldu

16.06.2026 20:15 30
Avrokuboklar / Konfrans Liqası
Bu gün 2026/27 mövsümü üçün Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasim Bakı vaxtı ilə saat 20.00-da başlayıb.

“Turan Tovuz” cəza səbəbindən avrokuboklara buraxılmadığı üçün KL-də 2-ci təmsilçimiz olacaq “Zirə”nin rəqibi müəyyənləşib. Püşkün nəticəsinə əsasən, "qartallar"ın rəqibi "Torpedo" (Gürcüstan) olub. Rəşad Sadıqovun komandası ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, "Zirə" mübarizəyə 1-ci mərhələdən, digər təmsilçimiz “Neftçi” isə 2-ci mərhələdən başlayacaq.

“Neftçi”nin rəqibi sabah keçiriləcək 2-ci mərhələnin püşkatmasında müəyyənləşəcək.

1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da, cavab görüşləri isə iyulun 16-da keçiriləcək.