• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Regekampf axtarışdadı - TƏHLİL

Ölkə futbolu / Yazarlar

18-01-2023, 19:0

Antalyada “Medz Leqnisa” görüşə Regekampf maraqlı heyət və sistem ilə çıxmışdı.

Brkiç həmişəki kimi qapının toxunulmazlığını təmin etməyə çalışırdı. Müdafiənin solunda Azər, mərkəzdə Solomon, Stankoviç və Höccət, sağda isə İsmayıl çıxış edirdi. Regekampfın 5-li müdafiə sisteminə keçməsi maraqlı məqamlardan biri idi. Rumın mütəxəssis bu dəfə Eminə şans verməmişdi. Bu səbəbdən də yarımmüdafiə xəttində maraqlı gedişlər etmişdi. Azər Əliyev dayaqda, Kenni isə daha öndə çıxış edirdi. Pato solda, Donyo sağda vinger kimi oynayırdı. Hücumun mərkəzində isə gənc Ağadadaş yer almışdı.

Heyət qeyri-adiliyi ilə fərqlənirdi. Əvvəlcə başlayaq 5-li müdafiə sistemindən. Toplanışdan əvvəlki açıqlamaya diqqət yetirsək, rumın mütəxəssis dəyişiklik etməyəcəyini dilə gətirmişdi. Görünür, “Sabah” və “Qarabağ”la oyunlarda bundan istifadə etmək niyyətindədi. Çünki hər iki kollektiv cihanlardan çox rahat hücumlar təşkil edir. Regekampf da bu boşluğu aradan qaldırmaq üçün belə yola əl atıb. Bu sistemi 5-4-1 yox, 3-6-1 kimi də dəyərləndirə bilərik. Çünki Azərlə İsmayıl hücumların qurulmasında tez-tez komandaya kömək edə bilir. Əliyevin mövqeyi isə olduqca maraqlı idi. Yarımmüdafiəçi bəlkə də karyerasında ilk dəfə dayaqda çıxış edirdi. Ola bilər ki, Regekampf azərbaycanlı futbolçunun unikallığından istifadə edərək bura uyğunlaşdırmağa çalışır. Lakin ilk cəhddən görünən o idi ki, fikir yaxşı olsa da, Azər tapşırığı yerinə yetirə bilmir. Kenninin sağ cinah vingerliyindən mərkəzə keçməsi də anlaşılan deyil. Ardıcıl iki matçdı ki, ABŞ-lı futbolçu burda çıxış edir. Görünür, yarımmüdafiə xəttində zədəlilərin çox olması Regekampfı belə gedişlərə məcbur edir ki, heyətdəki boşluğu doldura bilsin. Patonun sol, Donyonun sağ cinah vingeri olması da maraqlı addım idi. Braziliyalı buna alışıb. O, yarımmüdafiənin istənilən cinahında və ikinci hücumçu kimi çıxış edə bilir. Donyo isə Bakı təmsilçisinə forvard kimi gəlib. Görünür, mütəxəssis qanalının çempionat oyunlarındakı “dişsizliyindən” narazıdı. Bu səbəbdən də onu hücumun sağına çəkib. Ağadadaşın yoxlama oyununda start heyətində meydana çıxması isə alqışalayiq addımdı. Belə görüşlərdə ona şans verilməsi daha yaxşı inkişaf etməsinə şərait yaradacaq.

Qarşılaşma haqda çox danışmağa ehtiyac yoxdu. İlk dəqiqələrdən sona kimi “Neftçi” normal oyun sərgiləyə bilmədi. Baxmayaraq ki, hesabı 15-ci dəqiqədə Ağadadaş açdı. Lakin həmin qol da polşalıların səhvindən sonra vuruldu. Bundan sonra “Medz Leqnisa” irəli atıldı.

Regekampfın komandası 5-li müdafiə sistemiylə çıxış etsə də, olduqca ciddi səhvlərə yol verildi. Əsasən cinahlardakı problem aşkar hiss olunurdu. Polşalılar həm sağdan, həm də soldan hücumlar qururaq “Neftçi”ni narahat edirdi.
İkinci hissədə də heç nə dəyişmədi. Burda “Neftçi” adına yeganə müsbət məqam Sezar Meza Kollinin uzun müddətdən sonra yaşıl meydana dönməsi oldu. Oyun isə “Medz Leqnisa”nın xeyrinə başa çatdı. Polşalılar 49-cu dəqiqədə hesabı bərabərləşdirdi. Anxel Xose Henrike İturra baş zərbəsi ilə fərqləndi. 3 dəqiqə sonra isə hücumçu dublunu rəsmiləşdirdi. O, penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirdi.

Beləliklə, “Neftçi” Antalyada keçirdiyi ikinci matçında məğlub oldu. Görünən odu ki, flaqman toplanışda da bəlli problemlərini həll edə bilməyib. Xüsusilə də müdafiədəki boşluqlar və cinahların zəif olması aşkar hiss olunur. “Ağ-qaralar”ın əsl gücü isə yanvarın 19-da “Srvena Zvezda” ilə oyunda bəlli olacaq.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

1-10-2022, 11:0

Azərbaycan derbisində kim üstündü? - TƏHLİL

Premyer-liqa / Manşet

6-07-2022, 19:0

"Neftçi" Türkiyə klubu ilə bacarmadı - YENİLƏNİR

Premyer-liqa

10-07-2022, 14:0

“Neftçi”nin üç problemi həllini gözləyir TƏHLİL

Premyer-liqa

8-08-2022, 11:0

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Premyer-liqa

3-09-2022, 23:0

"Çox ağır məşq edirik, belə hallar olmalıdı" - Regekampf

Premyer-liqa / Manşet

27-09-2022, 10:0

Regekampf "Neftçi"dən ayrılır? - İDDİA

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Dünən, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Dünən, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Dünən, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Dünən, 10:06
    Cəlalın komandası qələbə qazandı
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 127
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə