Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

8.08.2022 11:50 521
Premyer-liqa
Misli premyer-liqasının 1-ci turu Laurentsiu Regekampfın “Neftçi”nin baş məşqçisi kimi çempionatdakı debütü ilə əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, Şamaxıda eyniadlı komanda ilə görüş rumıniyalının premyer-liqada ilk matçı olub.

Regekampf Azərbaycan çempionatları tarixinə 60-cı legioner baş məşqçi kimi düşüb. O, premyer-liqada 3-cü rumın mütəxəssisdi. Bunadək Mirça Rednik “Xəzər Lənkəran”da, Dorinel Muntyanu “Qəbələ”nin sükanı arxasında olub.

“Neftçi” “Şamaxı” ilə səfər matçında 1:0 hesablı qələbə qazanıb.