• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qəribə adam - YAZI

Ölkə futbolu / Yazarlar

15-01-2023, 14:0

Fuad Musayevin srağagün tamamlanan 85 yaşını adi bir yazı ilə yad etmək həvəsinə düşəndə da yaddaşımı qurdaladım, AFFA-nın sabiq prezidenti ilə necə və hansı şəraitdə tanış olduğumu xatırlamağa çalışdım.

Amma boşunaymış... Ya artıq yaddaşım korşalmağa başlayıb, ya da həmin tanışlığı əlamətdar edən heç bir epizod olmayıb. Nədənsə mənə elə gəlir ki, bunların heç biri əsas səbəb deyil. Sadəcə, həmin dönəmlərdə AFFA prezidenti ilə futboldan yazan jurnalistin danışmasında, görüşməsində, fikir mübadiləsi aparmasında qeyri-adi heç nə yox idi, elə belə də olmalıydı. AFFA-nın mənzil-qərargahı indikindən fərqli şəhərin mərkəzində yerləşirdi, qapıda mühafizə dayanmırdı, prezident bir neçə başqa vəzifə də daşımırdı, AFFA gerçək bir futbol evi idi!

Musayev futbol və voleybol ilə peşəkar səviyyədə məşğul olmuşdu, yəni çoxlarından fərqli idmana göydən zənbillə düşməmişdi. Uzun illər ərzində tikinti-quruculuq işləri ilə məşğul olduğundan, yüksək dövlət vəzifələri tutduğundan bütün elitanı yaxından tanıyırdı, şəxsi münasibətləri var idi, bəzi vəzifəlilərlə qohumluq əlaqəsindəydi. Kəsəsi, bu ölkədə hər kəsi yaxından tanıyır, hansısa məsələdən söz düşəndə fenomenal yaddaşını (bu mənada onu ancaq mərhum Heydər Əliyevlə müqayisə etmək olardı!) işə salır, çox xırda görünən detalları belə xatırlayırdı. Bəzən səndən doğulduğun ili, yaşadığın yeri soruşar, sanki yaş, təcrübə üstünlüyünü vurğulamağa çalışardı.

Nə yaxşılığı unudardı, nə də pisliyi, bir andaca coşa, acılaya bilərdi, ancaq səhvini anlayandan sonra da könlünü almağa çalışardı, sanki vicdanı qarşısında təmizə çıxmaq istəyərdi. Bəzən mobil telefonuma zəng edər, hansısa yazı barədə uzun-uzadı danışardı. Əslində bir neçə dəfə evə də dəvət etmişdi, sadəcə, hansısa səbəbdən heç vaxt ona qonaq ola bilmədim. Kaş dəvətini nəzərə alaydım...

Əlbəttə, onun çoxlu səhvi də olub, xoşladığı inzibati-amirlik üslubu, ritorikası bəzi hallarda dövlət orqanları və konkret adamlar ilə xoş münasibət qurmasını əngəlləyib, amma o, bütün hallarda özü idi, yaltaqlanmağı, kiməsə xoş gəlsin deyə danışmağı xoşlamırdı. Ünsiyyətin ilk anından etibarən çiynində illərin təcrübəsini daşıyan adamla üz-üzə oturduğunu anlayırdın, adam istər-istəməz hərəkətinə, danışığına çəki-düzən verirdi, yumşaq desəm, beləsi önündə sadəlövh, avam kimi görünmək istəmirdi.

Mənə görə, Musayevin Azərbaycan futbolu qarşısındakı ən böyük xidməti çox ağır sosial-iqtisadi durumla üzləşən, erməni-rus həyasızlığının acı nəticələrini yaşayan, qətiyyən futbol hayında olmayan respublikanın futbol həyatını dirçəltmək yönündə qətiyyətli fəaliyyət göstərməsi, futbol qurumu yaradıb UEFA, FİFA ailəsinə qoşması, dünya futbol ictimaiyyətini inandırmağa çalışması idi. Etiraf etmək lazımdı ki, bütün bu proseslərin gedişində obyektiv və subyektiv səbəblər üzündən dövlət əksər hallarda onun yanında deyildi. Dövlət dəstəyinin olmaması, Portuqaliya ilə seçmə oyundakı biabırçılıq bir yana, acınacaqlı nəticələr də onun ziyanına işləyir, ictimai-siyasi kataklizmlərdən uzaqlaşan, nəhayət, futbola əyləncə kimi baxmaq istəyən sıravi azarkeş də nəticəsizliyin günahını onda görürdü. Musayev o şəraitdə Azərbaycan futbolunun rəhbərliyində qala bilməzdi və qalmadı da! Amma gedişi də ad-sanına layiq olmalıydı. “Qaçaq Nəbi” filmində ibrətamiz bir epizod var e, deyirlər ki, “kişinin qoluna qandalı da gərək kişi vursun”. Bax, Fuad Musayev AFFA prezidenti vəzifəsindən elə düşük, qurama aksiyalar, dərisi 5 qəpiyə dəyməyən adamların saxta ittihamları ilə uzaqlaşdırılmamalıydı. İngilis dilindən anlayışı olmadığı halda az qala

UEFA İcraiyyə Komitəsinə düşən birisi qətiyyən belə münasibətə layiq deyildi. Ona xidmətlərinə görə “sağ ol” deyilməli, bacarığından ölkə futbolunun mənafeyi naminə istifadə olunmalıydı. Ruslar bu gün də Vyaçeslav Koloskovdan hər prinsipial məsələdə məsləhət aldığı kimi!

...Görüşlərimizin birində artıq futbolu yox, ölkənin siyasi həyatını müzakirə edirdik. Bu gün də ölkəni idarə edən adamlarla münasibətlərindən, keçmişdən danışdı. Ayrılanda diplomat oğlu Tofiqin rus dilində yazdığı, Qarabağ məsələsinə həsr olunan kitab bağışladı. Hiss etdim ki, bu jestindən “mən bu dövlətə, xalqa düşmən deyiləm” nidası yağır. Onda artıq gec idi, AFFA prezidenti ilə hakim ailə arasındakı bütün bağlar qırılmışdı.

...Amma mərhum prezident heç bir halda AFFA-nın 30 illik ziyafət məclisində quruca sözlə də olsa, xatırlanmamağı haqq etmir. Bunu da Musayevin sədaqətli dostu Boris Xetaqurovun dünənki postundan öyrəndim və çox sarsıldım. Sarsıldım, amma Azərbaycan reallıqlarını nəzərə alıb təəccüblənmədim.

MAHİR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

29-07-2022, 11:0

Ramin Musayev istefa verdi

Premyer-liqa

29-07-2022, 11:0

PFL-in yeni prezidenti bəlli oldu

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Dünən, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Dünən, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 128
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə