• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azərbaycan derbisində kim üstündü? - TƏHLİL

Manşet / Yazarlar

1-10-2022, 11:0

Misli premyer-liqası qaldığı yerdən davam edir.

Bu gün həftənin ən maraqlı görüşü sayılan “Qarabağ” - “Neftçi” matçı keçiriləcək. “Azərsun Arena”da Azərbaycan derbisi baş tutacaq.

Ağdamlılar çempionatda 1 oyun az keçirdiyi üçün hər iki komanda hazırda 18 xala malikdi. Bu görüş premyer-liqanın axarına təsir edə bilər. İstənilən halda, bu gün tarixi əhəmiyyəti böyük olan, maraqlı, baxımlı qarşılaşma bizi gözləyir. Bəs bu matçda kim favoritdi? Komandaların güclü və zəif tərəfləri hansıdı? Bu yazıda belə məqamlara aydınlıq gətirməyə çalışacağıq.

Bərabərsəviyyəli heyətlər

Gəlin, komandaların avrokuboklarda bu mövsüm meydana çıxdığı matçları nəzərə almayaq. Buna əsasən deyə bilərik ki, hər iki rəqibin heyəti bərabərsəviyyəlidi. Hamıya bəllidi ki, “Qarabağ” premyer-liqa matçlarında avrokuboklarda meydana çıxan heyətdən fərqli “11-liy”ə güvənir. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın da limitə uyğun güvəndiyi futbolçular bəllidi. Tək problem qapı ilə bağlıdı. Qurban Qurbanov, sözsüz, Şahruddin Məhəmmədəliyevə güvənəcək. Rumıniyalı mütəxəssis isə Aqil Məmmədovla İvan Brkiç arasında seçim etməli olacaq. Keçək müdafiəyə. Ağdamlılar burda bir qədər axsayır. Düzdü, “köhlən atlar”ın müdafiəsinin “onurğa sütunu” sayılan Kevin Medina zədəsini sağaldıb. Kolumbiyalı bu görüşün iştirakçısı ola bilər. Lakin Qurban Qurbanov riskə getməyib, yenə mərkəzdə Bədavi Hüseynov - Bəhlul Mustafazadə duetinə güvənə bilər. 50 yaşlı mütəxəssis müdafiənin solunda Elvin Cəfərquliyev - Toral Bayramov ikilisi arasında seçim etməli olacaq. Sağ cinahda da vəziyyət eynidi. Avrokuboklarda daim meydanda olan Marko Veşoviçin, yoxsa premyer-liqa qarşılaşmalarında şans qazanan Abbas Hüseynovun “Neftçi”yə qarşı oynayacağı sual doğuran məqamdı.

Regekampf isə bu problemi həll edib. Rumıniyalı 7 tur ərzində özü üçün müdafiə “dördlüy”ü müəyyənləşdirib. Solda yeni kəşf Azər Əliyev, mərkəzdə Voislav Stankoviçlə Solomon Kverkveliya, sağda isə İsmayıl Zülfüqarlı mübarizə aparacaq. Regekampf hətta Mamadu Mbocu da burda oynada bilər. Ki, avrokubok görüşlərində bu riskə gedib.

Komandaların yarımmüdafiə xətlərində mübarizə aparan futbolçuların gücləri eynidi. Bunu asanlıqla iddia edə bilərik. “Qarabağ”da Qara Qarayev, Riçard Almeyda, Abdulla Zubir, Filip Ozobiç, Kadi Borges, Leandro Andrade, Marko Yankoviç, Julio Romao kimi futbolçular var. Qurban Qurbanov onlardan ən hazır olanlarını meydana buraxıb, 3 xal əldə etməyə çalışacaq. Regekampın əli də o qədər zəif deyil. Rumın mütəxəssisin sərəncamında Eddi İsrafilov, Emin Mahmudov, Ataa Caber, Kenni Sayef, Rəhman Hacıyev, Yusuf Laval, Vato Arveladze, Gilyerme Pato və Fərid Yusifli kimi oyunçular var.

Hücum xəttində isə “Qarabağ” aşkar üstündü. 7 turda 15 qol vuran Musa Qurbanlı - Ramil Şeydayev - Kvabena Ovusu “üçlüy”ü ilə cəmi 3 dəfə fərqlənən Qodsvey Donyo - Yeqor Boqomolski duetini müqayisə etmək olmaz. Bütün bu amilləri nəzərə alanda heyətlərin ümumi gücünün bərabər olduğunu söyləyə bilərik.

Qurbanov Regekampfa qarşı

Bu məşqçilər karyeralarında ilk dəfə üz-üzə gələcək. Hər iki mütəxəssis olduqca uğurludu. Həm Qurbanovun, həm də Regekampfın böyük avrokubok təcrübəsi var. Azərbaycanlı “Qarabağ”da özünəməxsus sistem formalaşdırıb. 50 yaşlı mütəxəssis 4-5-1 sxemini fərqli rotasiyalarla təkmilləşdirərək yaxşı komanda formalaşdırıb. Rumıniyalı da “Neftçi”də eyni sistemi tətbiq edir. Sadəcə, Regekampf komandanı cəmi 11 rəsmi görüşə çıxarıb. Bu da “Neftçi”nin tam püxtələşməsinə mane olan əsas səbəbdi. Qurban bəyin “Qarabağ”la əldə etdikləri isə hamıya bəllidi. Digər tərəfdən, azərbaycanlı mütəxəssis olduqca nizam-intizamlı şəxsdi. Rumıniyalı isə tez-tez şəxsi həyatındakı qalmaqallarla gündəmə gəlir.

Bunlar standart məsələlərdi. Ən əsas məqam isə baş məşqçilərin oyuna müdaxilələri olacaq. Sözsüz, Qurbanov burda bir addım öndədi. Təcrübəli mütəxəssis meydana çıxardığı “11-liy”i əvəzetmələrlə yeniləyib, hesabı öz xeyrinə dəyişə bilir. “Sabah”la premyer-liqa matçında bunun şahidi olduq. Regekampfın isə belə bir imkanı yoxdu. Rumın mütəxəssis ən vacib görüşlərdə belə əsas heyətə sona kimi güvənir. “Neftçi”nin “Rapid”ə və “Sabah”a uduzduğu matçları buna nümunə göstərə bilərik. Bəlkə də Regekampfın sərəncamında oyunun axırını dəyişə biləcək futbolçuların az olması bunu səciyyələndirən əsas səbəblərdəndi.
Hər halda, oyun sistemi eyni, xasiyyətləri fərqli olan iki məşqçinin duelini izləmək çox maraqlı olacaq. Əlbəttə, bu görüş son illərdə sönük keçən premyer-liqaya maraq qatacaq. Ümid edək ki, bu, qamaqal hesabına yox, baxımlı oyuna görə olacaq.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

2-10-2022, 20:0

"Sabah"dan çətin qələbə, Sumqayıtda qol vurulmadı - YENİLƏNİB

Premyer-liqa / Manşet

11-09-2022, 22:0

"Azersun Arena"da 2 qırmızı vərəqə, 7 qol - YENİLƏNİB

Premyer-liqa

8-08-2022, 11:0

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Premyer-liqa / Manşet

16-09-2022, 22:0

“Sabah” və “Neftçi”dən qələbə - YENİLƏNİB

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə