• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bu oyunda Ronaldonu üstələdi, ancaq...

DÇ 2026

18-12-2022, 10:0

Şəkildə Afrika futbol tarixinin ən möhtəşəm uçuşunu görürsüz.

Sözün bütün mənalarında. Yussef Ən-Nəsirinin bu zərbəsindən bir an sonra top Portuqaliya yığmasının qapısından keçəcək. Təxminən bir saat sonra isə Mərakeş yığması dünya çempionatının yarımfinalına çıxacaq.

Ən-Nəsiri hündürlüyə tullanmada da Ronaldonu üstələdi?

İki gün sonra bayram etmək üçün daha bir əsas tapıldı. Söhbət Ən-Nəsirinin hündürlüyə tullanmasından gedir. Artıq yüzminlərlə adam “quql”da “en nesyri jump height” ifadəsini axtarışa verməkdədi.

• “Daily Mail” hesab edir ki, mərakeşli futbolçu 9 funt və 1 düym hündürlüyə tullanıb. Bunu standart ölçü vahidlərinə çevirəndə 2,7686 metr alınır. “BeIN SPORTS”un hesablamasında 2,78 metr rəqəmi yer alıb.

İnternetdə Ən-Nəsirinin boyuna dair fərqli göstəricilər var. Onun şərəfini qoruduğu “Sevilya”nın saytına inansaq, hücumçunun boyu 1,88 metrdi. Belə çıxır ki, Yussef təxminən 90 santimetr qalxıb. Əslində bu, onun dünya çempionatlarındakı ilk belə qolu deyil. Diqqətli futbolsevərlər Yussefin DÇ-2018-in Kalininqradda keçirilən oyununda İspaniya yığmasının qapısına vurduğu qolu da xatırlayır. Onda Serxio Ramosu qabaqlamaqla De Xeanı məyus etmişdi.

Bəs Ronaldonun nəyi var?

DÇ-2022-də mübarizəni dayandırmaqla müqayisədə daha kiçik məyusluq olsa da, hər halda, burda da Kriştiano Ronaldonu üzən məqam var. Ən-Nəsiri portuqaliyalı ulduzun “Yuventus”un heyətində “Sampdoriya” ilə oyundakı məşhur uçuşunu kölgədə qoydu. Ronaldo onda karyerasında başla ən gözəl qolunu vurduğunu demişdi. Bu hadisə 2019-un dekabrında olub. Hesablamalara görə, portuqaliyalı ulduz həmin gün boyundan 71 santimetr hündürə qalxmış və 2,56 metrlikdən zərbə vurmuşdu. Qələbə qolunun ardından Kriştiano “tvitter hesabında “CR7 Air Jordan” yazmışdı.

Ən-Nəsirinin indi 25 yaşı var. Ronaldo A seriyasındakı həmin oyuna çıxarkən 35 yaşının tamamına iki ay qalırdı. Düzdü, həmin vaxtdan bəri Fikayo Tomori A seriyasının rekordunu yeniləyib – “Milan”ın heyətində “Yuventus”a vurduğu qolla. Hərçənd onun qalxdığı hündürlüyə dair ayr-ayrı mənbələrdə fərqli rəqəmlər var – 2,61, 2,63, hətta 2,65 metr yazırlar.

Ronaldonun ən yüksəyə tullanmaları siyahısında 2,47 (“Torino” ilə oyunda) və 2,44 metr (“Osasuna” ilə oyunda) rəqəmləri də var. “Top-5”i AÇ-2016-nın yarımfinalında 2,42 metr hündürlükdən Uelsin qapısına vurduğu vacib qol qapayır. Ən möhtəşəm uçuş isə 2013-cü ildə Çempionlar Liqası çərçivəsində “Real”la “Mançester Yunayted” arasında keçirilən oyuna təsadüf edib. Bu oyundan bir həftə əvvəl Ronaldo 28 yaşını tamamlamışdı. Kriştiano hesabı bərabərləşdirdi, Aleks Ferqyuson isə oyundan sonra belə gileyləndi: “Onun diz qapağı Evranın başı səviyyəsində idi”.

Ən-Nəsiri başla çox qol vurur

Mərakeşli La Liqada 2020/21 mövsümünü möhtəşəm keçirdi və 18 qol vurdu, özü də beşini baş zərbəsi ilə. O vaxtdan indiyə qədər başverənlər:

• “Sevilya” 2022/23 mövsümünü çox pis keçirir və aşağı dəstəyə yollanmağa namizəd komandalar arasındadı. Təbii ki, belədə Ən-Nəsiri də əziyyət çəkir. O, çempionatda qol hesabını hələ də açmayıb, əvəzində Çempionlar Liqasında iki dəfə fərqlənib – başla “Borussiya”ya və “Kopenhagen”ə qollar vurub.

• La Liqanın ötən mövsümündə 5 qolu var idi, 3-ü başla.

• Ən-Nəsiri bu il yığmasının heyətində 6 qol vurub, bunlardan 4-nü başla: Afrika Kubokuna Malavi ilə oyunda, növbəti Afrika Millətlər Liqasının təsnifat mərhələsində Liberiya ilə oyunda, Gürcüstanla yoldaşlıq görüşündə və nəhayət, Portuqaliya ilə DÇ oyununda.
Ən-Nəsiri son ilyarımda 13 dəfə fərqlənib ki, bunların 9-u baş zərbəsi sayəsində mümkün olub. Təbii ki, burda “Sevilya”nın spesifik oyun üslubunun rolu böyükdü: Xulen Lopeteqenin dönəmində asmalar hücumda əsas silah idi, mövsümün gedişində onu əvəz edən Xorxe Sampaoli isə komandanın oyununu yeniləyə bilmədi.

Komandanın əsas oyunçularından Yassin Bunu sentyabrda belə demişdi:

“Mən onun tərəqqisini aydın görürəm. Yussef əvvəlcə belə üslubda oynamaqda çətinlik çəkirdi, ancaq çox məşq edir, daim tullanırdı. Ən-Nəsiri yalnız öz işinə köklənir və komanda naminə hər şeyə hazır olur. O, unikal futbolçu və əla yoldaşdı. Mən qapıda yerimə görə narahat olanda arzu naminə necə çalışmalı olduğumu məhz o göstərdi. Birlikdə tullanmalar üzərində işlədik. O mənə kiçik qardaş kimidi”.


Bunu ilə çalışmalar boşuna getmədi. Portuqaliya yığması hündürə tullanmanın Yussefin əsas özəlliyi olduğunu öz üzərində hiss etdi. Malavi yığması daha əvvəl bunu görmüşdü. Elə Dortmund “Borussiya”sı da ÇL-də eyni aqibəti yaşamışdı. “Sevilya” çox pis oynasa da, məhz Ən-Nəsirinin “uçuşları” AL-ə yollanmaqda yardım etdi.

Yussefdə topa uyğunlaşmaq və mövqe seçmək əla alınır. Xüsusən də son ilyarımda vurduğu qollara baxanda bunu görmək mümkündü. 2020/21 mövsümündə onu tez-tez pis mövqe və zərbə anı seçiminə görə tənqid edirdilər. Mərakeşli özü də problemi etiraf edirdi: “Hələ də “artırmalı” olduğum cəhətlər var, məndə heç nə dəyişməyib. Bilirəm ki, qarşıya qoyulan hədəfə çatmaq üçün daim çalışmaq lazımdı. Heç yana tələsmirəm, sadəcə, tərəqqi etmək istəyirəm”.

Xulen Lopeteqi isə futbolçusu haqda belə deyirdi: “Ən-Nəsiri yalnız bəxt sayəsində qol vurur? Bu bəxt deyil. Bəxt olanda Yussef trenajor zalında çalışmalı olacaq”.

“Çelsi”nin təklifinə soyuğa görə “yox” deyib

1997-ci il iyunun 1-də dünyaya gələn Ən-Nəsirinin adi bir həyat hekayəsi var. O, Mərakeşdə ən yaxşılardan sayılan VI Məhəmməd akademiyasında oxuyub, ən perspektivli şagirdlərdən sayılıb. 14 yaşında məktəbdəki yüksək tələblər üzündən futbolu atmaq istəsə də, valideynləri onu bu fikirdən daşındırıb. 2015-ci ildə “Çelsi”nin düşərgəsinə baxışa yollansa da, orda cəmi üç həftə davam gətirib – soyuq üzündən vətənə qayıtmağa qərar verib. Yussef dərhal qripə yoluxsa da, elə bu vəziyyətdə ilk məşqdə bir neçə qol vurub, ancaq dözməyib və daha günəşli ölkələrdə oynamağı düşünüb. Ötən il “Vest Hem” ona təkliflə üz tutub, ancaq bu dəfə də yağışlı Londona yollanmaqdan boyun qaçırıb.

19 yaşında ilk dəfə İspaniyaya qədəm qoyan Yussef elə ilk məşqdə fiziki hazırlığı ilə “Malaqa”nın baş məşqçisi Xuande Ramosu şoka salıb. Mütəxəssis həmin günləri belə xatırlayır: “Bu oğlanın şəxsində sağlam kişi gördüm. Belə nəhəngə baxmaq qorxulu idi. Müdafiəçi olsaydım, sadəcə, bir kənara çəkilər və ona mane olmazdım. Yussef çox yaxşı oğlandı, plastik hücumçudu. Xeyirxah və çalışqan oğlandı”.

2018-də “Leqanes”ə keçən Yussef burda Martin Breytveytlə əla tandem yaratdı. İkincini dərhal “Barselona” apardı, mərakeşli isə daha təvazökar klub seçdi. Yussef etiraf edir ki, İtaliya ilə Almaniyadan da təklif alıbmış, ancaq İspaniyada qalmaq istəyib. Beləcə “Sevilya” istedadlı hücumçunu heyətinə qatdı.

Ən-Nəsiri komandaya tez uyğunlaşdı və qollar vurmağa başlası. İdman direktoru Ramon Monçi sevincini gizlətmirdi: “Möhtəşəm oyunçudu. Rəqibi onun cərimə meydançasında sıxır, cəmi bir neçə saniyə sonra isə artıq müdafiənin köməyinə çatır. Hələ indiyə qədər belə əməksevər hücumçu görməmişəm. Heç vaxt özünə yazığı gəlmir”.

Yussef cari mövsümdə, demək olar ki, qol vurmadığına görə DÇ-2022 ərəfəsində onun turnirdən kənarda qalacağını və ya yığmanın ehtiyat oyunçular skamyasını “isidəcəyini” düşünənlər var idi. Ancaq yığmanın baş məşqçisi Valid Reqraqi onun potensialına zərrəcə şübhə etmədi: “Yussüf bizlə Qətərə gedəcək. Qol vurub-vurmaması önəmli deyil, ona dəstək verməliyik, ona görə ki, bizim oğlumuzdu. Hamımız onunla qürur duyuruq. İndi çətin dönəmdən keçsə də, gələcəyi parlaq olacaq”.

Baş məşqçi DÇ vaxtı da Yussüflə bağlı fikrini dəyişmədi: “O, bütün gücünü meydanda qoyur. Hər məşqçi belə futbolçunu arzulayır. Jiru Fransa yığması üçün kimdisə, Ən-Nəsiri də Mərakeş üçün odu. Hərçənd Yussefi daha çox sevirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-08-2022, 21:0

Ronaldonun bacısı Peresin cavabını verdi

Dünya futbolu

8-07-2022, 17:0

Mondo Düplantis möcüzə yaradır

Dünya futbolu

19-11-2022, 20:0

Maaş səbəbindən Ronaldonu transfer etmək fikrindən daşındı

Dünya futbolu

5-07-2022, 10:0

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

Aktual
Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
“Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
“Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
Son xəbərlər
  • Bu gün, 01:25
    "Qapımızı toxunulmaz saxlamaq daha xoş olardı" - Valdas Dambrauskas
  • Bu gün, 00:59
    İspaniya dünya çempionatının finalında! - DÇ gecəsi
  • Bu gün, 00:41
    "Yeni transferlərlə güclənməyə ehtiyacımız var " - Kaxaber Sxadadze
  • Bu gün, 00:02
    "Şəfa" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 23:51
    Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
  • Dünən, 23:21
    "Sabah" ÇL-nin 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Dünən, 22:41
    "Sabah" "Nyu Seynts"i keçsə, KuPS ilə qarşılaşacaq
  • Dünən, 22:00
    "Qəbələ" "Kəpəz"ə qalib gəldi
  • Dünən, 21:38
    Əfsanəvi futbolçu İFF-də işləyəcək
  • Dünən, 21:07
    “Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
  • Dünən, 20:46
    "Şamaxı" portuqaliyalı ilə anlaşdı
  • Dünən, 20:30
    "Ntu Seynts" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 20:07
    “Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
  • Dünən, 19:47
    Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
  • Dünən, 19:27
    Argentinalılar niyə tünd-göy formada oynamaq istəyirlər?
  • Dünən, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Dünən, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Dünən, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Dünən, 17:40
    MY-dən daha bir transfer
  • Dünən, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Dünən, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Dünən, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Dünən, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Dünən, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Dünən, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Dünən, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Dünən, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Dünən, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Dünən, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Dünən, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Dünən, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Dünən, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Dünən, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Dünən, 10:00
    Yusif İmanov "İmişli"də
  • 13-07-2026, 23:0
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
Daha çox
Oxunub: 228
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 203
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 147
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə