Mərakeş FİFA-ya şikayət edib

17.12.2022 23:39 335
DÇ 2026
Mərakeşin Kral Futbol Federasiyası Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinin Fransaya qarşı oyunu ilə bağlı FİFA-ya şikayət edib.

Football-plus.az xəbər verir ki, futbol qurumunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir:

"Krallığın Futbol Federasiyası Mərakeş - Fransa oyununun hakimliyinə kəskin etiraz edib. Bu məqsədlə biz səlahiyyətli orqana Mərakeş komandasını iki mübahisəsiz penaltidən məhrum edən hakim səhvlərini qeyd edən məktub göndərdik. Federasiya hakimin videoassistent (VAR) sisteminin bu anlara reaksiya verməməsinə də çox təəccüblənib".


Fransa yığması çərşənbə günü yarımfinalda Mərakeş yığmasını 2:0 hesabıyla məğlub edib. Oyunun baş hakimi meksikalı Sesar Ramos Palasuelos olub. Mərakeş Kral Futbol Federasiyası rəhbərliyinin iddiasına görə, hakim Afrika komandasının xeyrinə iki penalti təyin etməyib.