"Football-plus.az" xəbər verir ki, ''Real''ın prezidenti Florentino Peresin portuqaliyalı superulduz barədə səsləndirdiyi fikir Ronaldonun bacısının xoşuna gəlməyib. Bir neçə gün öncə yayılan videoda görünmüşdü ki, fanatlardan biri Peresdən Kriştianonu komandaya qaytarmağı xaiş edir.
Prezident isə təəccüblü şəkildə buna cavab olaraq ''Kriştianonu qaytaraq? Yenidən? Onun 38 yaşı var'' ifadələrini işlətmişdi. Ronaldonun bacısı Peresin bu sözündən hiddətlənərək öz səhifəsində onun cavabını verib. Keyt Aveyro bunları yazıb:
''38 yaşı olsa da, 2 metr hündürlüyə tullanıb o vəziyyətdə 3 dəqiqə qala bilir. Üstəlik bədənində də qətiyyən piy yoxdu. Özünə hörmət elə qoca, sənin 75 yaşın var''.
Xatırladaq ki, Ronaldo ''Real''da 2009-18-ci illərdə çıxış edib. O, 438 rəsmi oyuna 450 qol vurmaqla klub tarixinin ən məhsuldar oyunçusu statusundadı.
