"Mançester Yunayted" heyətini gücləndirməyi düşünür.
Football-plus.az xəbər verir ki, "qırmızı şeytanlar" Portuqaliya millisinin forvardı Qonçalo Ramoşla maraqlanır. O, dünya çempionatında İsveçrə ilə matçdakı (6:1) performansı ilə premyer-liqa klubunun diqqətini çəkib. "Mançester Yunayted" Kriştiano Ronaldo ilə müqaviləyə xitam verdikdən sonra qış transfer pəncərəsində hücumçunu heyətinə qatmağı planlaşdırır.