"Sportinq" heyətini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Football-plus.az xəbər verir ki, klub yanvarda "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonu transfer etməyə çalışacaq. Portuqaliyalı menecer Ruben Amorim bu həftə "Sportinq"in Ronaldonun yüksək maaşını ödəyə bilməyəcəyini bildirsə də, o, yenə də növbəti transfer pəncərəsində bunu bacarmağa çalışacaq.