• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ponomaryov: “Bu mövsüm qarşımıza əsas məqsəd kimi çempionluq uğrunda mübarizəni qoyduq” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

25-11-2022, 22:0

"Sabah"ın Müşahidə Şurasının üzvü, idman direktoru İqor Ponomaryov məşqçilik fəaliyyətini də davam etdirir.

Olimpiya çempionu klubun U-19 komandasını çalışdırır. Təcrübəli mütəxəssis srağagün özünə yeni köməkçi də götürdü. Söhbət klubun və millinin sabiq futbolçusu Rəşad Eyubovdan gedir. Dünən onunla əlaqə saxlayıb, milli komandanın ardıcıl qələbələri, rəhbərlik etdiyi U-19 və əsas komanda ilə bağlı danışdıq.

- İqor Anatolyeviç, sabiq futbolçu Rəşad Eyubov "Sabah"ın U-19 komandasında köməkçiniz kimi fəaliyyətə başlayacaq. Bu təyinatı necə qiymətləndirərdiz?
- Rəşadı çoxdan tanıyıram. Hətta 2019-cu ildə müvəqqəti "Sabah"a rəhbərlik etdiyim vaxtlarda onun sərgilədiyi futbola da bələdəm. Düşünən və yaradıcı oyunçu idi. Hazırda "Sabah"ın məşqçilər korpusunda yer alır. Məşqçiliyə yenə başlayan biri kimi inanıram ki, burda da uğur qazanacaq. U-19-un kollektivi onu yaxşı qarşıladı, qısa zamanda da qaynayıb-qarışdıq. Rəşadın yaxşı ünsiyyət qurmaq bacarığı var və bütün futbolçuları tanıyır. Fikrimcə, bu xüsusiyyəti ona çox kömək edəcək. Rəşada yeni işində uğurlar arzulayıram.

- Rəhbərlik etdiyiniz U-19 komandasında vəziyyət necədi?
- U-19-a bacardıqca perspektivli uşaqlar cəlb etmişik. Hazırda komandada 16, 17, 18 yaşlı futbolçular yer alır. Onların hər biri perspektivlidi. Heyətimizdəki bütün futbolçuların potensialını açmaqda maraqlıyıq. Hələ görüləsi çox iş var. Əsas odu ki, gənclərimiz çox həvəslidi, məşqlərdə bütün güclərini qoyurlar. Onların bu xüsusiyyəti bizi çox sevindirir. Gənc futbolçularımızın tez-tez əsas komandayla birgə məşq etməsi də onlarda ayrıca özünəinam yaradır.

- Əsas komandanız mövsümə çox iddialı başladı. Baxımlı oyunla hazırda turnir cədvəlində 2-ci yerdə qərarlaşıb. Hətta çempionatın əsas favoriti "Qarabağ"ı büdrədən yeganə komandadı. Necə düşünürsüz, "Sabah" sona qədər bu tonusu saxlayıb çempion ola bilər?
- Baxımlı, sabit oyunla 2-ci pillədə qərarlaşmışıq. Hazırda zirvədə olan "Qarabağ"dan 5 xal geridəyiksə, əsas izləyicimiz "Neftçi"dən 6 xal öndəyik. Bunu uğur sayıram. Düşünürəm ki, hər bir komanda çempionluq uğrunda mübarizə aparmalıdı. Biz də bu mövsüm qarşımıza əsas məqsəd kimi çempionluq uğrunda mübarizəni qoyduq. Sona qədər döyüşəcəyik. Nəyə nail olduğumuzu çempionatın sonunda görəcəyik. Bu gün bütün ölkə "Sabah"ın sərgilədiyi oyundan, nəticələrindən danışır. Bütün rəqiblərimiz bizdən ehtiyatlanır. Ən əsası, çıxışımızdan azarkeşlərimiz razıdı, həmişə də bizi dəstəkləməyə gəlirlər. Bu onu göstərir ki, düzgün istiqamətdəyik və daha da inkişaf etməliyik.

- "Sabah"a qışda transfer gözlənilir?
- Yaxşı heyətə sahibik. Əlimizdə olan bütün oyunçulardan maksimum istifadə etməkdə maraqlıyıq. Hazırda transfer barədə düşünmürük. Fasiləyə kimi ancaq oyunlarımıza köklənib, mövqeyimizi qorumaq haqda düşünürük. Bəlkə dekabrın sonunda heyəti gücləndirməyi müzakirə edə bilərik.

- Vaxtilə milli komandaya da rəhbərlik etmisiz. Son iki yoxlama görüşünü də nəzərə alsaq, yığma ardıcıl 5 qələbə qazanıb. Bu məqam gələcəyə ümidlə baxmağa əsas verir?
- Millinin ardıcıl qələbələri bizi nikbin olmağa səsləyir. Yığmada inkişaf, sabitlik, yaradıcı oyun hiss olunur. Düşünürəm ki, komanda hazırkı performansı ilə qarşıdan gələn seçmə mərhələyə yaxşı motivasiya olmalıdı.

- Güclü rəqiblərin yer aldığı qrupda nəyə nail ola bilərik?
- Ardıcıl 5 qələbə futbolçularda özünəinamı artırıb. Amma gəlin qrupdakı rəqiblərimizə baxaq. Belçika, Avstriya, İsveç kimi güclü komandalarla oynayacağıq. Amma mübarizə aparmaq, xal və xallar qazanmaq olar. Qənaətimə görə, futbolçular hazırkı tonusu saxlasalar, yaxşı mübarizə apara, Avstriya və İsveçə qarşı layiqincə mübarizə apara bilərlər. İstənilən halda, futbolçularda özünəinam və mübarizə əzmi güclü olmalıdı. Millimizə uğurlar arzulayıram.

- Yığmaya "Qarabağ"dan sonra ən çox futbolçu məhz "Sabah"dan cəlb olunmuşdu. Onların çıxışından razı qaldız?
- Futbolçularımızın milli komandaya dəvət alması xoş haldı. Hətta son iki qələbədə "Sabah"lı futbolçuların pay sahibi olması, Alekseyin qol hesabını açması, Bəxtiyarla Elvinin məzmunlu oyunu, Ceyhunun debütü bizi daha da sevindirir. İnanıram ki, "Sabah"ın futbolçuları daim milliyə cəlb olunacaq və əsas heyət üzvlərinə çevriləcəklər.

- U-21 millimiz haqda nə deyərdiz?
- Komandaya yeni baş məşqçi təyin olunub. U-21 millimiz yenidən qurulur. İnanıram ki, zamanla onlar da sabit, yaxşı çıxış edəcək.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

1-07-2022, 15:0

Ponomaryov "ASK Arena"nın “Sabah”ın sərəncamına keçməsindən DANIŞDI

1-ci liqa / Manşet

3-07-2022, 13:0

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Ölkə futbolu

8-06-2022, 22:0

Rövşən Babayevin işsiz günləri başa çatır

Aktual / Manşet

21-07-2022, 19:0

“Sabah” Dzyuba ilə maraqlanmır

Aktual
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
Son xəbərlər
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 174
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 161
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə