Onun paytaxt klublarının birinə keçəcəyi ilə bağlı söz-söhbət səngimir. Bu klublardan biri də "Sabah"dı. Amma dünən əlaqə saxladığımız klubun Müşahidə Şurasının üzvü və idman direktoru Anatoli Ponomaryov xəbəri təkzib etdi:
"Transfer çalışmalarını, demək olar, yekunlaşdırmışıq. Hazırda əsas məqsəd Bolqarıstandakı təlim-məşq toplanışını uğurla başa vurub, çempionata köklənməkdi. Nə Artyom Dzyubanın, nə də başqa futbolçunun transferində maraqlıyıq".
ABDULLA İSMAYILOĞLU


