Bu dəyişikliyin səbəblərini və keçidin detalları öyrənmək üçün “Football-plus.az” olaraq, klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq:
“Gənc futbolçuların icarəyə göndərilməsində əsas məqsəd onların inkişaf etməsi və müntəzəm oyun praktikası qazanmasıdı. Andrey Santosun vəziyyətində də əsas prioritet onun daha çox oynamaq və inkişafını davam etdirmək imkanına malik olması idi. Futbolçunun istəyi, eləcə də tərəflər arasında aparılan müzakirələrin nəticəsi kimi karyerasının bu mərhələsində Ukraynanın “Veres” klubunda çıxış etməsinin daha məqsədəuyğun olduğu qənaətinə gəlindi. Bu səbəbdən, “İberiya” tərəfinin də razılığı ilə futbolçu “Veres”ə icarəyə göndərildi”.
İSRAYIL XEYRULLAYEV




