Lionel Messi artıq bütün turnirlərdə 8 oyundu qapıya yol tapa bilmir.
PSJ-nin hücumçusu Fransa çempionatının “Bordo” ilə matçında (3:0) buna yaxın olsa da, 87-ci dəqiqədə dirəyi nişan alıb. Artıq bu mövsüm 34 yaşlı futbolçunun zərbəsindən sonra top 8 dəfə qapı çərçivəsinə tuş gəlib. Lionel bu göstəriciyə əsasən Avropanın “böyük beşlik” adlandırılan liqalarında liderdi.
O, sonuncu qolunu fevralın 6-da keçirilən oyunda “Lill”ə (5:1) vurub. Messi Liqa 1-də keçirdiyi 18 matçda 2 qolun və 10 məhsuldar ötürmənin müəllifi olub.