Messi bunu bacaran ən yaşlı futbolçudu

28.10.2022 23:10 351
Dünya futbolu
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSJ “Makkabi”ni (Hayfa) darmadağın etdi - 7:2.

Football-plus.az xəbər verir ki, oyunda 2 qol vuran və Neymarla Solerə assistentlik edən Messi turnirdə bir oyun ərzində bunu bacaran ən yaşlı (35 yaş 123 gün) futbolçudu.

Ümumiyyətlə, o, sonuncu dəfə 2019-cu il oktyabrın 29-da La Liqanın “Valyadolid”lə oyununda 2 qol, 2 ötürmə ilə yadda qalmışdı.

Messi cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 16 oyunda 11 qol vurub və 12 məhsuldar ötürmə verib.