Əfsanəvi braziliyalı hücumçu Pele dünya çempionatı haqda danışıb.
Football-plus.az xəbər verir ki, sabiq forvard ölkəsinin Qətərdə keçiriləcək mundialda qalib gələcəyinə inanır:
“Axırıncı dəfə Braziliya formasını geyinəndə gerbimizin üstündə üç ulduz var idi. İndi bu say beşə bərabərdi. Altıncı ulduzu əlavə etmək üçün səbirsizlənirəm. Bu komandaya güvənimi ifadə etmək və komandamıza uğurlar arzulamaq üçün burdayam”.