• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tahir Süleymanovdan "Qarabağ" - "Frayburq" matçının hakimləri ilə bağlı şok açıqlama

Manşet / Avropa Liqası

5-11-2022, 21:0

Azərbaycan futbolu tarixində növbəti əlamətdar gün ola bilərdi.

“Qarabağ” Avroliqanın qrup mərhələsinin son matçında “Frayburq”a qalib gələcəyi təqdirdə pley-offa adlayacaqdı. Lakin 1:1 hesablı bərabərliklə Konfrans Liqasında yollandı.
Oyunu Belarusdan olan hakimlər briqadası idarə edirdi. Bir neçə mübahisəli epizod olsa da, ədalət təmsilçiləri, demək olar ki, normal idarəçiliklə yadda qaldı. Qapımıza təyin olunan 11 metrlik cərimə zərbəsi zamanı Bəhlul Mustafazadə rəqibə qarşı aşkar kobud oynadı. Aleksey Kulbakov Kevin Medinaya öncə “sarı” versə də, VAR-ın müdaxiləsindən sonra onu meydandan qovdu. Növbəti dəfə isə rəqib qapısına penalti təyin olundu. Lakin VAR-ın müdaxiləsi sevincimizi yarımçıq qoydu. Təkrara baxanda penalti verilməməsinə görə hakimləri qınamağa dəyməz. Oyunda ən vacib, nəticəyə təsir edəcək qərar isə 54-cü dəqiqəyə təsadüf etdi. Veşoviçin bərabəlik qolunu baş hakim qeydə alsa da, yenə VAR-dan gələn siqnal aranı qarışdırdı. Təkrara baxanda futbolçumuzun oyundankənar vəziyyətdə olduğunu dəqiq demək çətindi. Hətta top Veşoviçə çatmamış Yankoviçə qarşı qayda pozuntusu da qeydə alına bilərdi. Hər halda, VAR-ın müdaxiləsindən sonra komandamızın bu qolu da qeydə alınmadı.

“Qarabağ”ın son oyununu təcrübəli hakimlərdən Tahir Süleymanov dəyərləndirdi:

“Qrupun son oyunu "Qarabağ" üçün böyük əhəmiyyət daşıyırdı. "Frayburq" lider rahatlığı ilə meydana rotasiyalı heyətlə çıxsa da, "alman maşını" təfəkkürü yerində idi. İlk dəqiqələrdən meydanda amansız mübarizə gedirdi. Qonaqlar əsasən əks-hücumlara bel bağlasa da, meydanın hər qarışı uğrunda döyüşür, futbolçular arasında ikili qarşıdurmalar çoxluq təşkil edir, ağdamlılara mərkəzdə, hücum bölgəsində boş zonalar verilmirdi. Dolu tribunalar qarşısında, azarkeşlərin daimi təzyiqi altında belə görüşləri idarə etmək həmişə çətin olur. Belaruslu referi start fitindən etibarən matça nəzarəti ələ keçirdi. Hətta köməkçiləri nəyisə gözdən qaçıranda məsuliyyəti üzərinə götürür, obyektiv qərarları ilə seçilirdi. "Qarabağ"ın ardıcıl hücumlarında çatışmayan yalnız qol idi. Almanlar nisbətən özlərinə gələndən sonra kəsərli əks-hücumlar təşkil etməyə başladılar. Belə epizodlardan birində Bəhlul Mustafazadənin rəqibə qarşı kobudluğu haqlı penalti qərarı ilə nəticələndi. Yeri gəlmişkən, oxşar epizod ikinci hissədə də baş verdi, bu dəfə Medina aşkar kobudluğa görə qırmızı vərəqə ilə cəzalandırıldı. Bu epizodların yaranması təsadüfi deyildi. Ağdamlıların cinah müdafiəçilərinin hücumlarda daim fəal iştirakına görə boş zonalar yaranırdı. "Frayburq" sürətlə önə çıxarkən buna xüsusi hazırlaşmışdı və taktiki gedişlərin nəticəsi idi. Qarşında Almaniya klubu olanda, belə hallar yaşananda, hər dəfə mərkəz müdafiəçiləri zonanı bağlaya, komanda yoldaşlarını “sığortalaya” bilmir. Bu epizodlar "Frayburq"un baş məşqçisinin beyin məhsulu və futbolçuların hücum planında tapşırıqları məharətlə yerinə yetirməsi idi. Hər iki halda baş hakimi qınamaq ədalətsizlik olardı”.


Təcrübəli referi səhv sayıla biləcək qərarlarla bağlı isə bunları dedi:

“Hakim idarəçiliyi adına kritik anlar fasilədən sonra yaşandı. İkinci hissə başlayan kimi "Qarabağ" azarkeşlərin möhtəşəm dəstəyi ilə irəli atıldı. Cərimə meydançası daxilində Veşoviçə qarşı qayda pozuntusuna baş hakim dərhal reaksiya verərək qətiyyətlə penalti nöqtəsini göstərdi. VAR otağının müdaxiləsi ilə epizoddan öncə ofsayd aşkarlandı. Oyunda kulminasiya nöqtəsi "Qarabağ"ın sayılan-sayılmayan qolu zamanı baş verdi. Referi cərimə meydançasında “üstünlük” prinspindən istifadə edərək, hakim idarəçiliyi adına doğru qərar vermişdi. Anında epizodun davamı topun almanların qapısına vurulması ilə nəticələndi. VAR-da əyləşənlər yenə müdaxilə etdi, bu dəfə niyyətlərini tam ortaya qoymaqla... Ləğv olunan penalti epizodunda VAR-ın ofsayd qərarı obyektivlik nümunəsi kimi qəbul edilirdisə, bu vəziyyətdə portəgizlər isti otaqda almanların "qazını alıb” soyuq duş altında qoymadılar. Mübahisəli oyundankənar vəziyyət tapıldı. Bəzən elə oyun üstünlüyü prinsipləri olur ki, üstünlük qazanılmayanda, hətta saniyələr sonra epizod geri qaytarılır. Qeyd olunan vəziyyətdə VAR-da oturanlar "epizod keçib" düşüncəsini belə ortaya qoya bilməzdilər. Ləğv olunan penalti epizodunda ofsayd tapıldığı kimi, bu dəfə əksi, "mikroskop, xətkeş-qələm əməliyyatı", ofsayddan öncə fol olması ehtimalı böyük idi. Təəssüf ki, penalti epizodu ekranlara istənilən səviyyədə, fərqli rakurslardan gətirilmədi. Belaruslu referi qınanmamalıdı, bilsəydi ki, oyun üstünlüyü prinsipi VAR-dakılar tərəfindən belə qiymətləndiriləcək, dərhal öncədən qərarını verərdi. VAR-n ofsayd müdaxilələri elədi ki, referiyə "özün də bax" tövsiyəsi edilə bilməz. Ofsayd ya olur, ya da yox! Penalti, qırmızı vərəqə epizodları isə fərqlidi. Medinanın "get, özün də bax" “qırmızı”sı kimi. VAR-dakılar diqqəti ofsayda yönəltməklə məsələni bitirdilər, qayda pozuntusu ehtimalına qayıtmaq, referi ilə vizual müzakirə, tövsiyə etmək portəgizlərə sərf etmədi. Belaruslu portəgizlilərin oyuna belə yanaşmasından sonra avropalı həmkarlarından çəkindi. Almaniyadakı ilk matçda olduğu kimi, bu dəfə də meydanda ədalət prinsipi pozuldu. Buna baxmayaraq, azlıqda qalan "Qarabağ" əzəmətli futbol ölkəsinin komandasının qapısına qol vura, bərabərliyi təmin edə bildi. Bu dəfə portəgizlər VAR-da "var-yox" söhbəti edə bilmədilər. Tofiq Bəhramov adına stadionda var-yox limitləri bitmişdi, isti otaqda gizlənə-gizlənə belaruslu hakimləri tribunaların güdazına verdilər. "Qarabağ" xal itirsə də, avrokuboklarda yolunu davam etdirəcək”.


ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

6-09-2022, 12:0

"Frayburq" - "Qarabağ" oyununun hakimləri açıqlandı

Manşet / Avropa Liqası

5-11-2022, 16:0

Almaniya mediası "Qarabağ"ı xüsusi fərqləndirdi

Çempionlar Liqası

26-08-2022, 16:0

Plzendə pley-offa yaraşmayan idarəçilik - AÇIQLAMA

Premyer-liqa / Manşet

20-10-2022, 13:0

Əliyar Ağayevi Rəvan Həmzəzadə “yandırdı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 144
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə