• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” üçün qarğışa bərabər arzu - KÖŞƏ

Yazarlar

2-11-2022, 19:0

Qədim Şirvanşahların paytaxtı Şamaxıda dəfələrlə olmuşam.

Təbii ki, səfərlərim həm futbol, həm də gəzmək, əylənmək məqsədi daşıyıb. Oktyabrın 30-da da səfalı diyarımıza təşrif buyurmuşdum. Məqsəd komandanın “Qarabağ”la oyununu işıqlandırmaq idi.

Bakıdan Şamaxıya tək yollanmadım. “Keşlə”nin sabiq “Old Wolf” fanklubunun rəhbəri Elnur Yusifovla yol yoldaşı oldum. O, şamaxılıların dəvəti ilə səfərə çıxmışdı. Yerli azarkeşləri barabanla təmin edib, onların daha yaxşı dəstək olmalarına kömək edəcəkdi. Oyun haqda söhbət edə-edə yollandıq stadiona. Bizi düşündürən bir məqam var idi: görəsən, stadion dolacaqmı? Rəqibin “Qarabağ” olması tutarlı əsas idi. Çünki “köhlən atlar” sözün əsl mənasında bu mövsüm Avropada at oynadır. Bu məqam şamaxılıların diqqətini cəlb etməli, onların stadiona axışmasına təkan verməliydi.

Matçın başlamasına 1 saat qalmış arenadaydıq. Düşündüyümüz kimi də olmuşdu. Şamaxılılar “Qarabağ”la oyunda komandalarına dəstək olmaq üçün stadiona təşrif buyurmuşdular. Düzdü, Kadini, Zubiri, Medinanı, Yankoviçi, Veşoviçi görmək istəyənlərin də sayı çox idi. Əsas o idi ki, stadion matçın startına 15 dəqiqə qalmış tam dolmuşdu. Maraqlı məqam isə xanım azarkeşlərin çoxluğu idi. Hətta onlar üçün qonaq sektorun yaxınlığında ayrıca yer ayrılmışdı. Bu məsələ də futbolçular üçün ayrıca motivasiya olacaqdı. Yadınıza gəlirsə, Aqil Abbas verilişlərin birində xanımların stadiona gəlməsinin tərəfdarı olduğunu demişdi. Millət vəkili xanım aparıcıya fikirini belə izah etmişdi: “Görəcəklər ki, qəşəng qızlar onlara baxır, özlərini göstərmək üçün oynayacaqlar”.

“Şamaxı” rəhbərliyi də matça xüsusi hazırlaşmışdı. Azarkeşlərin və qonaq komandanın təhlükəsizliyi üçün polislərin sayının çox olmasını xahiş etmişdilər. Klubun İdarə Heyətinin, demək olar ki, bütün üzvləri stadionda idi. Bir nəfərdən başqa. Söhbət Orxan Fikrətoğludan gedir. Azərbaycandakı idman jurnalistlərini qeyri-peşəkarlıqda qınayan Milli Kulinariya Mərkəzinin baş direktoru belə vacib görüşdə komandanı tək qoymuşdu. Mən şəxsən “Şamaxı” bu şəhərə köçəndən 5 dəfə stadiondan komandanın oyununu izləmişəm. Hələ Orxan bəylə bir dəfə də qarşılaşmamışam.

Keçək oyuna. Deyəsən, Aqil Abbasın dedikləri özünü doğruldur. “Şamaxı”nın futbolçuları azarkeşləri görüb, “Qarabağ”a güc gəlmək istəyirdilər. İlk hissədə üç təhlükəli vəziyyətdən istifadə edə bilmədilər. Ağdamlılar isə futbolu necə oynamağın lazım olduğunu yerli tamaşaçılara göstərdi. “Köhlən atlar” 4 cavabsız qolla qalib gəldi. Futbol belə məqamlarla gözəldi. Biri qalib gələndə digəri uduzmalıdı. Şamaxılılar isə hələ ki komandalarının bu mövsüm qələbələrinə həsrət qalıb. Amma onlar üzülmür. Çünki “şirlər”in yerli futbolçularla inkişaf edəcəyinə ümid edirlər.

Oyunun sonunda yerli publika hər iki komandanı alqışladı. Düzdü, daha çox “Qarabağ”ın futbolçularından forma istəyir, avtoqraf alır, şəkil çəkdirirdilər. Oyun bitəndən sonra yaşlı azarkeşlərdən birinin fikri diqqətimi çəkdi: “İnşallah, Ağdama gedərik, orda da biz sizə 4 dənə vurarıq!” Bu, arzu idi, yoxsa rəqibə qarğış, anlamadım. Amma niyyət çox gözəl idi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual

17-07-2022, 20:0

"Birmənalı şəkildə komandanın ev oyunlarına giriş pullu olacaq”

Manşet / Çempionlar Liqası

4-07-2022, 17:0

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Aktual / Manşet

12-03-2022, 21:0

Tahir Süleymanov “Keşlə”nin Şamaxıya köçməsini müsbət addım sayır - AÇIQLAMA

Manşet / Çempionlar Liqası

9-07-2022, 13:0

“Qarabağ”ın azarkeşləri xüsusi hazırlıq görməyəcək

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 214
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 118
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə