“Qarabağ” iyulun 12-də vacib oyuna çıxacaq.
Poznanda “Lex”ə 0:1 hesabı ilə uduzan komandanın azarkeşlərin dəstəyinə ehtiyacı var. İlk oyunda rəqibi tribunalardan 25118 çılğın azarkeş irəli səslədi. Eyni mənzərəni 3 gün sonra “Tofiq Bəhramov”da da görmək istəyirik.
Maraqlıdı, “Qarabağ” azarkeşləri cavab matçı üçün nə düşünür? “İmarət”, “Qarabağ ordu” azarkeş qrupları bu görüşə necə hazırlaşır? Poznandakı azarkeşlərin çılğınlığına necə cavab verməyi planlaşdırıblar? Bu haqda məlumat almaq üçün fanklub təmsilçiləriylə əlaqə saxladıq.
Elnur Quliyev (“İmarət”in idarə heyətinin üzvü): “Həmişə olduğu qaydada hazırlaşırıq. Heç bir xüsusi plakatımız yoxdu. Adətən, oyundan 4-5 saat əvvəl stadionun ətrafına yığışırıq. Heyətin böyük hissəsi toplaşandan sonra stadiona daxil oluruq. Onsuz da Azərbaycanda ən yaxşısı bizik. Həmişə olduğu kimi “Qarabağ”ı dəstəkləyəcəyik”.
Murad Xudiyev ("Qarabağ Ordu"nun üzvü): “Heç bir hazırlığımız yoxdu. Həmişəki kimi komandamıza dəstək olacağıq. Əvvəl necə sadə idisə, indi də elə”.
ŞAİR ABDULLA