• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elmar Baxşıyevə cəsarət lazımdı, bəhanə yox - KÖŞƏ

Yazarlar

26-10-2022, 15:0

“Qəbələ” ardıcıl üçüncü oyunda qələbəyə həsrət qaldı.

Bölgə təmsilçisi son qələbəsini 8-ci turda “Səbail” üzərində qazanıb. Özü də səfərdə. Bundan sonra “Qarabağ”la “Kəpəz”i doğma meydanda qəbul edib, “Şamaxı” ilə səfərdə qarşılaşıb. “Qarabağ”la qarşılaşmanı bir kənara qoymaq mümkündü. Ona görə ki, “köhlən atlar” Misli premyer-liqasında rəqib tanımır, itkisiz irəliləyir. Ağdamlılarla görüş çempionatın iştirakçıları üçün ölçü vahidi sayılmır. Qəribəsi odu ki, “Qəbələ” çempiona qarşı yetərincə yaxşı oyun sərgiləmişdi, Ozobiçin vurduğu qol da kuryoz alınmışdı. Bu görüşdə sərgilənən performansa yaxşı qiymət vermək mümkün idi, baxmayaraq ki, nəticədə “Qəbələ” xalsız qalmışdı. Amma nə “Şamaxı”, nə də “Kəpəz” ilə oyundakı xal itkilərinə bəraət tapmaq, məntiqli izah vermək mümkündü. “Qəbələ” qalib gəlməyə borclu olduğu iki görüşdə cəmi 1 xal qazandı.

Bu yerdə xatırladım ki, ilk dövrədə keçirilən oyunlarda “qırmızı-qaralar” həm “Şamaxı”nı, həm də “Kəpəz”i məğlub etmişdi. “Şamaxı”nı 3:1 hesabıyla üstələyən “Qəbələ” “Kəpəz”i üç cavabsız qolla yenmişdi. Təkcə bu hesablara yox, elə heyətlərin müqayisəsinə baxsaq, “Qəbələ”nin hər iki rəqibdən üstün olduğunu görürük. “Şamaxı” premyer-liqada legionerlər olmadan, tam yerli futbolçulardan ibarət heyətlə mübarizə aparır. “Kəpəz”i də elitaya tələm-tələsik buraxıblar, Gəncə təmsilçisi hələ də heyətini komplektlərşdirməyə çalışır, güclənmək üçün cəhdlər edir. Bütün bu məqamları göz önünə gətirib, sadə bir müqayisə aparanda “Qəbələ”nin hər iki rəqibini dəfələrlə üstələdiyini görürük. “Kəpəz”lə oyundakı xal itkisi “qırmızı-qaralar”ın turnir cədvəlindəki yerinə də təsir göstərdi. Elmar Baxşıyevin çalışdırdığı komanda artıq “Zirə”ni özündən irəli buraxıb, turnir cədvəlində 5-ci pillədə yer alır.

Bəli, etiraf etmək lazımdı ki, “Şamaxı” ilə oyunda “Qəbələ” hakim haqsızlığına məruz qaldı. Görüşün son saniyələrində top cərimə meydançasında Cəlal Hüseynovun əlinə dəysə də, Rauf Allahverdiyev penalti təyin etmədi. Maraqlıdı ki, baş hakim qəti qərar vermək üçün VAR-a baxmağı da lazım bilmədi. Sanki “Qəbələ”nin son saniyələrdə qələbə topunu vurması kimlərinsə marağına uyğun deyilmiş. Amma bu faktın özü belə Elmar Baxşıyev və onun yetirmələri üçün bəraət sayılmamalıdı. Onlar işi penaltiyə saxlamamalıydılar. Zəif rəqiblə oyunda bir qol vurub, işi bitmiş saymaq olmazdı. Qonaqlar hesabı açandan sonra 3 xalın ciblərində olduğunu düşündülər və gənc Kamran Quliyevin qolu onların bu arzusunu gözündə qoydu. Həmin qarşılaşmadan sonra Elmar bəy süni örtük amilini önə çəkib, legionerlərinin oyununun alınmamasını bununla əlaqələndirmişdi. Sitat: “Süni örtükdə oynamaq bir qədər ağırdı. Təbii otda hazırlaşırıq. Ona görə belə problem yaranır”.

“Şamaxı” ilə oyun səfərdə, özü də süni örtükdə keçirilmişdi. “Kəpəz”i isə “Qəbələ” doğma meydanında qəbul edirdi. Təbii ot, “doğma divarlar” da “qırmızı-qaralar”ın işinə yaramadı. Özü də budəfəki ssenari də Şamaxıdakı oyunu xatırlatdı. Yenə də “Qəbələ” hesabı açdı və bundan sonra arxayınlıq yarandı. Halbuki təzyiqi davam etdirib, hesabdakı üstünlüyü artırmaq lazım idi. Əvəzində “Kəpəz” daha inamlı oynamağa, fürsət axtarmağa başladı. Həmin fürsət də Fərid Nəbiyevin əlinə düşdü. Uzaqdan “çərçivə”yə gələn topa Səlahət Ağayev yetişə bilmədi. Qoldan sonrakı fəallıq isə yetərincə deyildi. Çünki hesabın bərabərləşməsi “Kəpəz”ə psixoloji üstünlük vermişdi, gəncəlilər ayrı-ayrı epizodlarda daha inamlı görünürdülər. “Qəbələ”nin hücumlarında qətiyyət çatmırdı. Sanki legionerlər meydanda ayağını sürüyür, 90 dəqiqənin başa çatmasını gözləyirdilər.

“Kəpəz”in kapitanı Tural Axundov artıq neçənci görüşdü ki, meydana artıq çəki ilə çıxır. Kənardan bunu görmək çox asandı. Tərlan Əhmədovun onu məcburiyyətdən meydana buraxdığı məlum məsələdi. Çünki onu əvəzləməyə başqa futbolçu yoxdu. Obrazlı desək, Axundov artıq çəki ilə “Qəbələ”nin legionerlərindən yaxşı oynayır, daha çox mübarizə aparır. Deməli, Elmar Baxşıyevin süni örtükdən, havadan-sudan şikayətlənməsi bəhanədi. Çalışdırıcı xüsusilə əcnəbilərə sərt üzünü göstərməli, onlardan daha yaxşı oynamağı, meydanda can qoymağı tələb etməlidi. Oynamaq istəməyənlərə qapını göstərmək vaxtıdı!

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-10-2022, 19:0

“Zirə”dən qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

1-ci liqa

13-10-2022, 11:0

"Qəbələ"nin "Şamaxı" ilə 62-ci sınağı

Premyer-liqa / Manşet

14-10-2022, 16:0

"Şamaxı" "Qəbələ" ilə heç-heçə etdi - YENİLƏNİB

Premyer-liqa / Manşet

20-10-2022, 20:0

"Qarabağ"dan böyükhesablı qələbə - YENİLƏNİB

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə