Daha bir klub Ronaldonu transfer etməkdən imtina edib.
“Football-plus.az” xəbər verir ki, söhbət “Marsel”dən gedir. Fransa təmsilçisinin prezidenti Pablo Lonqoriya məsələ ilə bağlı ölkə mətbuatına açıqlama verib:
“Adımız həmişə belə hekayələrdə hallandı. Amma ekonomik stabilliyi qorumaq üçün imkanlarınız daxilində yaşamaq lazımdı. Maliyyə durumunu nəzərə alaraq klubu gücləndirmək lazımdı. Məsələ ilə bağlı cavabım belədi: Ronaldonu transfer etmək niyyətindən uzağıq. Bizim komanda futbolu sərgiləyən oyunçuya ehtiyacımız var”.