Frank Hayz rəhbərliyin yeni təklifini qəbul edib.
"Football-plus.az" xəbər veriur ki, o, “Lans”ı 2027-ci ilin yayına qədər çalışdıracaq. Hayzın səlahiyyət dairəsi də genişləndirilib. Baş məşqçi bundan sonra klubun baş direktoru vəzifəsini də icra edəcək. 51 yaşlı mütəxəssis əsas, gənclər və qadın komandasının nəticələrinə cavabdeh olacaq.
Hayz “Lans”ı 2020-ci ilin martından çalışdırır. Komanda hazırda Liqa 1-də 10 oyuna 21 xalla 4-cü yeri tutur.